Fon yüklənir...
Загрузка...

"Təəssüf ki, tərsinə oldu və limiti pozduq" - Elxan Abdullayev

Загрузка...

"Zirə" ilə oyundan sonra "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib.

Sport7.az
xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Meydanda çox gərgin mübarizə getdi. Rəqibi təbrik edirəm. Düşünürəm ki, "Zirə" Avrokubok problemini 70 faiz həll etdi”. 
 
- Texniki məğlubiyyətdən nə vaxt xəbər tutdunuz?

- Əvvəlcə meydana Cavid İmamverdiyevi daxil edəcəkdik. Təəssüf ki, tərsinə oldu və limiti pozduq. Bunu texniki qüsur adlandırardım.
 
- "Forza Neftçi" azarkeşləri "istefa" qışqırdıqlarına görə, mübahisəylə üzləşdilər. Nəticədə tribunanı küsüb tərk etdilər...

- Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi? Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz.
 
- Belə bir söhbət gəzirdi ki, 4-cü hakim əvəzetmə zamanı nümayəndənizə limiti pozduğunuzu xəbər verib...

- Xeyr, belə bir şey ola bilməz. Axı, bilsəydik bu cür səhvə yol verməzdik. Ola bilər əvəzetmədən sonra bu məlumatı verib.
 
- Qış fasiləsindən sonrakı startınız uğurlu alınsa da, sonradan daha zəif komandalarla xallar itirdiniz. Bunun səbəbi nədi?

- İki cəbhədə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində 4 oyun keçirdik. Bəlkə də kubokdan imtina etsəydik, daha yaxşı olardı. (apasport)

Sport7.az

Загрузка...
loading...
Загрузка...