Fon yüklənir...
Загрузка...

Elxan Abdullayevdən ciddi səhv - "Neftçi" texniki məğlubiyyət alacaq

Загрузка...
Elxan Abdullayevdən ciddi səhv -

Premyer Liqanın 27-ci turu çərçivəsində Zirədə baş tutan "Zirə" - "Neftçi" görüşündə "ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev əvəzləmə edərkən ciddi səhvə yol verib.

 

Sport7.az xəbər verir ki, matça start heyətində 5 yerli futbolçu ilə başlayan paytaxt klubu 67-ci dəqiqədə Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu ilə qalıb. Amma cəmi 3 dəqiqə sonra Cavid İmamverdiyevi meydana buraxmaqla səhvini sığortalamaq istəsə də artıq iş-işdən keçmiş olub.

Beləliklə reqlamenti pozan "Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin "sayəsində" komandanı texniki məğlubiyyət gözləyir. Hər halda
 qaydalara əsasən, əcnəbi oyunçu limitinin pozan komanda bu şəkildə cəzalandırılır. 

Bu üzdən matç 2:2 hesabı ilə yekunlaşmasına baxmayaraq "Zirə"nin futbolçuları meydanı sevinc içində tərk edib. Çünki "Neftçi"yə texniki məğlubiyyət veriləcəyi təqdirdə "Zirə" Avroliqaya vəsiqəni təmin etmiş olacaq.

Xatırladaq ki, bir müdət öncə AFFA "Zirə"yə Avrokuboklarda iştirak etmək üçün lisenziya verib.

Sport7.az

Загрузка...
loading...
Загрузка...