Fon yüklənir...
Загрузка...

"Real", yoxsa "Barselona"? - Statistik məqamlar

Загрузка...

İspaniya La Liqasının zirvə yarışında bu gün "Real" "Barselona ilə münasibətlərinə aydınlıq gətirəcək.

ÇL-in 1/4 final mərhələsində "Bavariya"nı mübarizədən kənarlaşdıran "Real", "Yuventus"a yenilərək qitə nüfuzlu yarışı tərk edən və əhval-ruhiyyəsi pozulmuş "Barselona" qarşısında favorit görünür. Amma rəqibindən cəmi 3 xal geri qalan "Barselona" çempionluq ümidlərini saxlamaq üçün qələbə qazanmalıdı.

Sport7.az "El-Klassiko" ilə bağlı bəzi statistik məqamları təqdim edir:

- "Real"la "Barselona" La Liqada 174-cü dəfə üz-üzə gələcək. Bunaqədərki oyunlarda madridlilərin 72, katalonların isə 68 qələbəsi olduğu halda, 33 heç-heçə qeydə alınıb. 

- La Liqadakı oyunlarda "Real" 282, "Barselona" isə 274 dəfə rəqib qapısının torunu silkələyib.

- La Liqadakı ilk rəsmi "El-Klassiko" 1929-cu il fevralın 17-də, Barselonadakı "Siudad Sondal" stadionunda baş turmuş və həmin oyunda "Real" 2:1 hesablı qələbə qazanmışdı.

- Böyük rəqabətdə 21 qol vuran "Barselona"nın argentinalı ulduzu Lionel Messi bombardirlik siyahısına liderlik edir. Portuqaliyalı futbolçu Kristiano Ronaldonun isə 16 qolu var. 

- "Barselona" 21 noyabr 2015-ci ildə "Santyaqo Bernabeu"da oynadığı son "El-Klassiko"da 4:0 hesablı qələbə qazanıb. "Nou Kamp"da baş tutan cari mövsümün ilk "El-Klassiko"su isə 1:1 hesabı ilə bitib.

- La Liqadakı bombardirlik yarışında Messi 29 qolla ilk sırada aldığı halda, onu Luis Suarez (23) və Kristiano Ronaldo (19) izləyir. 

- La Liqa tarixindəki çempionluq yarışmasında "Real" (32) ilk pillədə yer aldığı halda, "Barselona" 24 dəfə qızıl medalların sahibi olub. Son 10 mövsümdə "Barselona"nın 6, "Real"ın 3, "Atletiko"nun isə 1 çempionluğu var. 

Sport7.az
Загрузка...
loading...
Загрузка...