Fon yüklənir...
Загрузка...

Hamı "savaşa", "Qarabağ" tamaşa - YENİLƏNİR

Загрузка...
Hamı

Bu gün premyer-liqada 27-ci turun oyunlarına start veriləcək.

Sport7.az xəbər verir ki, ilk oyun günündə baş tutacaq bütün qarşılaşmanın start fiti saat 17:00-da səsləndiriləcək. "Azərsun Arena"da "Sumqayıt"ı qəbul edəcək "Qarabağ" çempionluğu artıq rəmiləşdirdiyi üçün bu oyunu formal hesab etmək olar. İndiycən keçirilən bütün oyunlara ciddi yanaşan nəticədə qızıl medallara sahib olan Qurban Qurbanovun bu görüşdə mövsümboyu az meydan üzü görmüş futbolçulara şans vermək imkanı olacaq. Amma bununla bağlı bağlı son qərarı da elə özü verəcək. Qısası "Aəzrsun Arena"da komanda meydana çempion kimi çıxacaq.

İstənilən halda həm heyət, həm oyun üslubu, o cümlədən statistika baxımından "Qarabağ" rəqibindən üstündü. İndiyəcən İndiyəcən qarşılaşdıqları 19 matçdan 13-də qələbə, 2-də heç-heçə, 4-də məğlubiyyətlə meydandan ayrılan "Qarabağ"ın top fərqində də ciddi üstünlüyü var - 46:9. Üstəlik son 6 oyunun 5-də ağdamlılar qol buraxmadan qələbə qazanıb.

4-cü pillə uğrunda mübarizə aparan komandalardan olan "Kəpəz" Şüvəlanda AZAL-ın qonağı olacaq. Tərlan Əhmədovun komandasının itirəcəyi bir şeyi qalmadığından oyuna rahat çıxacağını deyə bilərik. Təbii ki, belədə futbolçular da istədikləri oyunu sərgiləmək imaknına malik olacaqlar. Amma gəncəlilərdə psixoloji gərginlik hiss olunacaq. Çünki məğlub olacağı və ya xal itirəcəyi təqdirdə Avroliqaya vəsiqə verən 4-cü pillədən böyük ehtimalla əllərini üzməli olacaq. 

Statistika baxımdan AZAL-ın üstünlüyü diqqət çəkir. Üz-üzə gəldikləri 19 oyununun 10-da məhz "təyyarəçilər" qələbə qazanıb. "Kəpəz"in cəmi 4 qələbəsi varsa, tərəflər 5 dəfə meydandan heç-heçə ilə ayrılıb. Top fərqində də Tərlan bəyin komandasının üstünlüyü var - 27:11. AZAL 3 oyundu qələbə qazana bilmir. Maraqlı bir məqam da var ki, cari mövsümdə bu komandaların qarşılaşmasında qonaq olan tərəf uduzmayıb.

Turun digər matçı isə "Zirə" ilə "Neftçi" arasında baş tutacaq. Zirədə qonaq olacaq "Neftçi" 4-cü yer uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalıdı. Başqa nəticə Elxan Abdullayevin komandasının şanslarının tamamilə itməsi demək olacaq. "Zirə" qələbə qazanacağı təqdirdə isə Avroliqaya vəsiqəni təmin edə bilər. Təbii ki, bunun üçün "Sumqayıt"la "Kəpəz" də xal itkisinə məruz qalmalıdı. Qısası 4-cü yer uğrunda gedən qızğın mübarizəyə "Qarabağ" kənardan çempion kimi tamaşa edəcək. Böyük ehtimalla bu trudan sonra çox şeyə aydınlıq gələcək. 

Bu komandaların da statistikasını nəzərinizə çatdıraq ki, ümumilikdə 7 oyunda qarşılaşıblar. Bunların 5-də "Zirə" qələbə qazanıbsa, 2-si heç-heçə nəticələnib. Bu da o deməkdi ki, "Neftçi" Zirənin eyniadlı komandasını hələ məğlub edə bilməyib. "Ağ-qaralar" son 3 qarşılaşmada ümumiyyətlə xal üzünə həsrət qalıb. "Zirə" isə öz meydanında keçirilən bütün oyunlarda quru hesablı qələbə qazanıb. 

Topaz Premyer-liqası, 27-ci tur
23 aprel (bazar)

AZAL – "Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şaiq Həmidov
"AZAL Arena”, 17:00

"Zirə” – "Neftçi”

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə Olimpiya İdman Kompleksinin stadionu, 17:00  (canlı, "CBC Sport”)

"Qarabağ” – "Sumqayıt”

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena”, 17:00

"Qarabağ" - 56, "Qəbələ" - 49, "İnter" - 43, "Zirə" - 33, "Sumqayıt" - 32, "Kəpəz" - 30, "Neftçi" - 29, AZAL - 10

Sport7.az
Загрузка...
loading...
Загрузка...