"Qəbələ" belçikalıları məğlub etdi - VİDEO
Загрузка...

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Dareseliya turnirində qrup mərhələsinə yekun vurulub.
Sport7.az xəbər verir ki, A qrupunda çıxış edən "Qəbələ”nin U-16 komandası 3-cü turda Belçika "Gent”i ilə görüşüb. Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Təbriz İsazadənin qolu "qırmızı-qaralar”a 3 xal qazandırıb. İlk turda İtaliya "İnter”inə (1:2), ardınca Tiflis "Dinamo”suna (1:6) məğlub olan "Qəbələ” 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. Bir günlük istirahətdən sonra aprelin 24-də keçiriləcək qarşılaşmada Şəhruz Mustafayevin yetirmələri Xorvatiya "Dinamo”su (Zaqreb) ilə görüşəcək.

Xatırladaq ki, ilk iki oyunda komandamızın qollarına müvafiq olaraq Məhəmməd Məhərrəmov və Rüstəm Nuruyev imza atıblar.
Sport7.az
Sport7.az
Загрузка...
loading...