Loading...

"Qəbələ" yalanladı: "Bu qeyri-ciddi açıqlamadı"

Загрузка...

Birvaxtlar Hafiz Məmmədovun "Bakı"nın baş məşqçi postuna gətirdiyi Aleksandr Starkov Latviya yığmasının "sükan"ı arxasına keçəndən sonra "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçukun da adı bu ölkənin mətbuatının gündəminə düşdü.

Latviya mətbuatında yığmaya gətirilməsi üçün Qriqorçuqla da danışıqlar aparıldığını təsdiqləyən ölkənin Futbol Federasiyasının baş katibi  Yanis Majetskis "Qriqorçukla maaş məsələsində heç bir danışığımız olmadı. Ancaq qeyri-rəsmi mənbələrdən eşitdim ki, o, ildə bir milyon dollar civarında gəlir əldə edir. Biz baş məşqçiyə 1 milyon dollar verə bilmərik" ifadələrini işlədib.

Bu üzdən məsələyə klubdan münasibət öyrənməyə çalışdıq. "Qəbələ"nin baş meneceri Zaur Əzizov Sport7.az-a açıqlamasında bunları söylədi:

"Bu qeyri-ciddi açıqlamadı. Həmin baş katib yəqin ki, bu haqda məlumatı olmayan insanlardan informasiya alıb. Çox ciddi şəkildə səhv məlumatdı. Həqiqətən xeyli şişirdilmiş informasiyadı".

Sport7.az
Загрузка...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Загрузка...

    End of content

    No more pages to load

    loading...
    Загрузка...