Loading...

"Səndən ötrü "Barselona"nın Dəniz Aytəkin üçün darıxdığından da çox darıxıram"

Загрузка...

"Barselona"nın ÇL-in 1/4 final mərhələsində "Yuventus"a yenilməsi katalonların əzəli rəqibi "Real"ın cəbhəsində də geniş əks-səda doğurdu. PSJ-yə 4:0 məğlub olan, lakin doğma meydanda 6:1 qələbə qazanan "Barsa" oxşar möcüzəni bu dəfə gerçəkləşdirə bilmədi. "Barsa"nın 6:1-lik zəfərində matçın baş hakimi Dəniz Aytəkinin böyük payı olduğu önə sürülmüşdü. Oyundan sonra baş hakim xeyli tənqidlərə məruz qalmışdı. 

Sport7.az xəbər verir ki, xüsusən də "Real" azarkeşləri "Barselona"nın italyanlar qarşısında aciz qaldığını bu amilə bağlamışdı. Bu mənada sosial şəbəkələrdə "Barselona"ya müxtəlif atmacalarla sataşıb.

Onlardan bəzilərini nəzərinizə çatdıraq:

- "Barselona" "Yuventus" qarşısında Dəniz Aytəkini aradı

- Dəniz Aytəkin yoxdusa, parti də yoxdu

- Hakim Aytəkin deyilsə, "Barsa"ya sevinmək yoxdu

- Səndən ötrü "Barselona"nın Dəniz Aytəkin üçün darıxdığından da çox darıxıram

- "Barselona"da hər oyunu Aytəkinin idarə edəcəyinə inanılır

- "Barselona" Dəniz Aytəkinin olmadığı oyunlarda çətin anlar yaşayır

Sport7.az
Загрузка...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Загрузка...

    End of content

    No more pages to load

    loading...
    Загрузка...