Loading...

"İstənilən səviyyədə olan hakim, hər 2-3 oyundanbir səhv edir" - Rauf Cabbarov

Загрузка...

Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutan "Real" - "Bavariya" matçı maraqlı olduğu qədər də müzakirələrə yol açdı. Bunun da səbəbi oyunda qeydə alınan hakim səhvləri oldu. İki dəfə "Real"ın ofsayddan qol vurmasına şərait yaradan hakimlər briqadası, bu azmış kimi "Bavariya"nın futbolçusu Arturo Vidala şübhəli qırmızı vərəqə göstərdi.

Müzakirələr gündəm olduğu üçün biz də həm hakimlik, həm də futbolda texnologiyanın tətbiqi ilə bağlı ölkəmizin tanınmış referilərindən olan Rauf Cabbarovun fikirlərini öyrəndik. Cabbarov Sport7.az-a açıqlamasında bunları söylədi:

"Çətin oyun idi. Səhvlər var, amma hamısına çətin vəziyyətlərdə yol verilib. Adi səhv adlandırmaq olmaz. İstənilən halda təkrarda da görünür ki, köməkçi hakim iki dəfə oyundankənar vəziyyətlərdə səhv edib. Baş hakimin də verdiyi ikinci sarı vərəqə hesab edirəm ki, düzgün deyil. Səhvlər çətin vəziyyətlərdə olduğu üçün adamın köməkçi hakimləri günahlandırmağa haqqı çatmır. 

Deyim ki, hakimlər təcrübəsiz idi, belə deyil. Oyunun səviyyəsinə uyğun idi. Səhv etmirəmsə, Kaşşay ya DÇ, ya da AÇ-nin finalında oyun idarə edib. Bundan əlavə ÇL-in də final matçını idarə etmiş hakimdi. Bu səviyyəli oyunları dəfələrlə idarə edib. Sadəcə, mümkün deyil. İstənilən səviyyədə olan hakim, hər 2-3 oyundanbir səhv edir. Bu dəqiq bir şeydi. Mümkün deyil ki, uzun müddət hakim səhv etməsin. Deməzdim hakimin səviyyəsi aşağıdı və ya onun biliyi ilə əlaqədar məsələdi. Sadəcə ilk növbədə onunla izah edirəm ki, oyun çox sürətlidi. Yüksək əhəmiyyətə malikdi. Ortaya çox şey qoyulub ki, bu da hakimlər üçün əlavə psixoloji yükdü. Təsadüfən həm köməkçi həm də baş hakim bu oyunda səhv ediblər. Belədə bu rezonans doğurur. Əlavə fakt axtarmaq üçün səbəb görmürəm. Heç vaxt qərəz ola bilməz. Ümumiyyətlə bu səviyyədə oyunda qərəzdən danışmaq yersizdi. Bu insanlar dünya səviyyəsində qəbul olunmuş hakimlərdi. Subyektivliyin olduğuna inana bilmərəm.

Artıq öz təsdiqini tapmış texnologiyalar var. Məsələn topun xətdən keçib-keçmədiyini müəyyənləşdirən texnologiya özünü tam doğruldub. Amma bu texnologiyanın tətbiqi digərlərindən asan idi. Çünki burda iki variant var, "hə", ya da "yox", vəssalam. Hakim də saatına baxıb qərarı görür. Amma digər texnologiyaların tətbiqi mürəkəb görünür. Hansı epizodlara baxılacaq, oyunda neçə dəfə baş verəcək və sair məsələlər var. Üstəlik təkrara baxanlar yüksək səviyyəli, peşəkar hakimlər olmalıdı. Onların mübahisəsi düşəcək ya yox və sair,  bu suallara hələ ki, heç kim cavab verə bilmir. Tutalım sabah qərar qəbul olundu. Amma onun icra edilmə mexanizmi hələ aydın deyil. Bir matçda 10-15 dəfə oyundankənar vəziyyət olur. Hakimlər də bunların bəzilərini qeydə alır, bəzilərini almır. Amma bunların hamısına videotəkrarda baxmaq qeyri-mümkündü. Hər oyunda bu qədər epizoda necə baxmaq olar? Mən bunu real qəbul etmirəm. Amma məsələn FİFA deyir ki, komandalara oyun ərzində bir dəfə imkan verə bilərik. Bu tipli şeylər bir qədər standarta salınsa yaxşı olar. Yox əgər, hər dəfə epizodun təkrarına baxacaqlarsa, hakim də oyunu saxlayıb qərarını dəyişəcəksə, bu artıq ciddi bir şey deyil. Futbolun əsas prinsiplərini dağıdacaq. Məsələn reqbidə belə bir şey var ki, təkrara baxıb qərar qəbul edirlər. Amma reqbi ilə futbolu bir tutmaq olmaz axı. Orda dayanmalar təbii haldı. Oyunun gedişində tez-tez baş verir. Bunu futbolda tətbiq etmək olmaz axı, alınmaz. Düzdü nümuə kimi videotəkrar texnologiyasının bir çox yarışlarda yoxlanılmasına artıq qərar veriblər. Amma son qərarın verilməsi 5-10 il vaxt aparacaq".

Sport7.az
Загрузка...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Загрузка...

    End of content

    No more pages to load

    loading...
    Загрузка...