Loading...

"Hazırda estetik işlər aparılır" - Naxçıvandakı stadionun direktoru

Загрузка...

Məlum olduğu kimi ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək. 

Bu qərar çıxarılanda ora gediş-gəlişin çətinliyi, təyyarə biletlərinin bahalılığı ilə yanaşı stadionun durumu da müzakirə mövzusu oldu. Sonuncu dəfə 2013-cü ildə "Neftçi" ilə "Xəzər Lənkəran" arasında baş tutan superkubok matçını qəbul edən stadionun növbəti belə böyük oyuna nə dərəcədə hazır olduğu maraq doğurur. 

Bu üzdən son halını öyrənmək üçün stadionun direktoru İbrahim Rzayevlə danışdıq. İbarahim bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"İnşallah ayın 5-də sizlərə tam hazır bir stadion verəcəyik. Hazırda stadionda estetik işlər aparılır. Çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Heç bir problem yoxdu. Qışdan çıxmış stadiondu. Məsələn, hardasa çat əmələ gəlibsə, onu bərpa edirik. Qazonun durumu yaxşı, yam-yaşıl olacaq. Bu gün stadionda ciddi problem yoxdu. 

Media nümayəndələri üçün də yüksək səviyyədə yerlər hazırlanıb və ayrılıb. Düzəlməmiş yerlər deyəndə, məsələn yağışlardan sonra təmizlik, bərpa işləri aparılır. Elə bir çətin iş yoxdu. İlk dəfə deyil ki, belə oyun qəbul edirik. Hər şey yüksək səviyyədə olacaq. Özünüz də gəlib baxarsız".

Sport7.az 
Загрузка...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Загрузка...

    End of content

    No more pages to load

    loading...
    Загрузка...