Loading...
Ançelotti:

Ançelotti: "Hakim kobud səhvlər buraxdı"

Загрузка...
Ançelotti:

"Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"nın "Real" ilə oyununda baş hakim Viktor Kaşşai kobud səhvlər buraxıb". 

Sport7.az xəbər verir ki, bu sözləri  Almaniya klubunun baş məşqçisi Karlo Ançelotti deyib. 

Əlavə vaxtda 2:4 hesabı ilə ispanlara yenilən "Bavariya" klubunun çalışdırıcısı sözlərinə belə davam edib:

"Bu gün hakimlər bizdən pis çıxış etdilər. Mən başa düşürəm futbolda hər şey olur. Lakin bu qədər səhv buraxmaq olmaz. Xatırlatmaq lazımdı ki, Madriddə 10 nəfərlə qələbə qazanmaq çətindir. Komandanın bütün üzvləri, qapıçı Noyer də daxil olmaqla yaxşı çıxış etdilər. Başda Zidan olmaqla "Real" turnirdə uğurlar arzu edirəm". 

Həmişə videotəkrarın tərəfdarı olmayan Ançelotti, bu dəfə oyunun təkrarına baxılmasının gərək olduğunu qeyd edib. 

Sport7.az


Загрузка...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Загрузка...

    End of content

    No more pages to load

    loading...
    Загрузка...