Fon yüklənir...
Загрузка...

“Qəbələ” “Ayntraxt”ı məğlub etdi

Загрузка...
“Qəbələ” “Ayntraxt”ı məğlub etdi

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında "İzmir Cup”da qrup mərhələsinə yekun vurulub. 

Sport7.az xəbər verir ki, "H” qrupunda mübarizə aparan "Qırmızı-qaralar”ın U-12 komandası bu mərhələdə 5 matç keçirib. 

Təmsilçimiz "Manisa Bələdiyyəspor”, "Kamalpaşa 1923” və Muğla yığması ilə qolsuz heç-heçə edib. "Altınordu”ya 0:1 hesabı ilə uduzan "Qəbələ” Almaniyanın "Ayntraxt” (Essen) klubu üzərində böyükhesablı qələbə qazanıb - 3:0. 

Mərhələni 6 xalla başa vuran "qırmızı-qaralar” 4-cü yeri tutub. Bu nəticələr Zaur Hacıyevin yetirmələrinin növbəti mərhələyə yüksəlməsinə imkan yaradıb.

Bu raundda 32 komanda 8 qrupda çıxış edəcək. "Qəbələ” E qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri Türkiyənin "Altay”, "İnegölspor” və Rusiyanın "Krasnodar” klubları olacaq.

Sport7.az
Загрузка...
loading...
Загрузка...