Loading...

Pike Luis Enrikeni qrupa dəvət etmədi
İdman
- 10 Fevral, 2017
- 279 Baxış
Loading...

Cerard Pikenin idarəçisi olduğu "Barselona"lı futbolçuların "Vatsapp" qrupuna məşqçilər korpusundan hem kim qəbul edilmir. Hətta baş məşqçisi Luis Enrike belə.
Sport7.az xəbər verir ki, İspaniyanın "İdman" qəzeti "Barselona"lı futbolçuların qurduğu "Vatsapp" qrupuna baş məşqçi Luis Enrikenin alınmadığını yazıb.
Komandanın mobil texnologiya ilə ən yaxından maraqlanan ismi qrupun idarəçisi Pikedi. Dolayısı ilə qrupa kimin dəvət olunub olunmaması səlahiyyəti ondadı.
Qrup, komanda daxilində əlaqələrin axsamaması üçün yaradılmış, xüsusən də səfər oyunlarında çox sıx istifadə olunur. Ancaq baş məşqçi Luis Enrike də daxil məşqçilər korpusundan heç kim qrupa dəvət edilmir. O cümlədən klubun direktoru və başqa rəsmiləri də bu qrupda yoxdu.
Sport7.az

Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...