Loading...
Reynaldo:

Reynaldo: "Layiq olmadığımız yerdəyik"

Loading...
Reynaldo:

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo dos Santos Silva Türkiyə mətbuatına açıqlama verib. 

Sport7.az xəbər verir ki, onun komandası "Adanaspor" Super Liqanın XX turunda "Qaziantepspor"la qarşılaşacaq. 

Braziliyalı hücumçu KİV-ə açıqlamasında XIX turda yeni komandasında debüt oyunu və qarşıdan gələn matçın hazırlıqları haqda danışıb. 

"Özümü evimdə kimi hiss edirəm. Burada heç yadlıq hiss etmirəm. İnanılmaz azarkeşlər var. "Kasımpaşa" ilə matçda gördüm. Heç belə bir şey gözləmirdim. Onlara minnətdarlığımı bildirirəm. Komandada 8 braziliyalı futbolçu var. Ancaq heç birini öncədən tanımırdım. 

Komandamız yaxşı dönəm keçirir. Ümid edirəm həmişə belə davam edər. Baş məşqçimiz ilə mütəmadi danışır.q O, rəqibin zəif və güclü tərəflərindən bəhs edir. Əlimizdən gələni edəcəyik. Çünki cədvəldə layiq olmadığımız yerdəyik. Buradan qurtulmaq öz əlimizdədir. "Qaziantepspor"la görüşdə əlimizdən gələni edəcəyik", deyə Reynaldo fikirlərini bildirib. 

Son olaraq sabiq "Qarabağ"lı fiziki baxımdan biraz çatışmamazlığı olduğunu və 1-2 matç sonra hazır vəziyyətə gələcəyini deyib. 

Sport7.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR