Loading...
Türkiyə yığmasının üzvü

Türkiyə yığmasının üzvü "Borussiya"da

Loading...
Türkiyə yığmasının üzvü

Bir müddət öncə "Bayer"dən ayrılacağını söyləyən Ömər Toprakın yeni ünvanı məlum olub.

Sport7.az xəbər verir ki, "Bayer" rəsmən futbolçunun növbəti mövsümdən etibarən Dortmund "Borussiya"sında oynayacağını açıqlayıb. Bundan başqa Leverkuzen təmsilçisi 6 il bu klubda forma geymiş Toprakın "Borussiya" ilə uzun müddətli sözləşmə imzalayacağını bildirib. 

"Borussiya" isə rəsmi saytı vasitəsilə futbolçunun 2017/18 mövsümündən etibarən 4 illik müqaviləyə imza atacağını açıqlayıb. Ömərin Bundesliqada 181, Çempionlar Liasında 23, Türkiyə yığmasında isə 25 matça çıxdığını xatırladan "arılar"ın idman direktoru Maykl Zorxun onun haqda "O güclü, beynəlxalq təcrübəsi yüksək, liderlik özəlliyi olan bir futbolçudu" deməsi də bildirildi. 

Toprak isə "Bayer"in saytına açıqlamasında "Leverkuzendə gözəl günlər keçirdim. Burda yığma futbolçusu oldum. Komanda kapitanlığına qədər yüksəldim. Yayda Dortmunda gedəcəm. Həyatımda yeni səhifə açılır. Amma geriyə dönüb baxdığımda Leverkuzendəki günlərimi daim unudulmaz olaraq xatırlayacam" sözlərini söyləyib.

Sport7.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR