Loading...
FİFA Türkiyə millisinin üzvünü cəzalandırdı -

FİFA Türkiyə millisinin üzvünü cəzalandırdı - "Trabzonspor"un tələbilə

Loading...
FİFA Türkiyə millisinin üzvünü cəzalandırdı -

CAS FİFA-nın türk futbolçu Hakan Çalhanoğlunu cəzalandırmaq barədə verdiyi qərarı təsdiqləyib.

Sport7.az
xəbər verir ki, Türkiyə millisinin və "Bayer"in futbolçusu Hakan Çalhanoğlu üçün mövsüm bitib. FİFA futbolçunun transfer qaydalarını pozduğuna görə cəzalandırıb.

Bundan başqa 22 yaşlı futbolçu 100 min avro cərimə də ödəyəcək.

Səbəb isə Çalhanoğlunun bir "transfer pəncərəsi" ərzində 3 fərqli klubla anlaşmasıdı. 2011-ci ildə "Karlsrue"dən ayrılan futbolçu "Trabzonspor"la razılığa gəlib, hətta klubdan 100 min avro pul da alıb. Amma az sonra fikrini dəyişib və almanlarla yenidən anlaşıb. Hakan çox keçmir ki, yenidən fikrini dəyişir və "Hamburq"a keçir. 2013-cü ildə məsələ ilə bağlı "Trabzonspor" FİFA-ya şikayət edir və Çalhanoğlunun qaydalarını pozduğunu bildirir. Ötən il FİFA məsələylə bağlı qərarını versə də, tərəflər CAS-a yenidən şikayət ünvanlamışdılar.

Qeyd edək ki, bu müddət ərzində Hakan Türkiyə millisində də çıxış edə bilməz.

Sport7.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR