Loading...
Cüdoçularımızdan erməni idmançılarına ikiqat zərbə

Cüdoçularımızdan erməni idmançılarına ikiqat zərbə

Loading...
 
Orxan Olimpiya çempionu Arsen Qalstyanın dizini yerə atıb.

Cüdo üzrə Azərbaycan milli komandası Tbilisidəki Qran-Pri yarışlarına əla başlayıb. 

Azərbaycanın beş cüdoçusu Tbilisidə başlayan Qran-Pridə güclərini sınayır. 

60 kq-dək olan çəki dərəcəsində iki idmançımız mübarizə aparır. 

Orxan Səfərov startda Ser-Oda Nasanjarqalı (Monqolustun) məğlub edib, dörddəbir finalda isə gürcü Lukxumi Çikvimianinin öhdəsindən gəlib. 

Yarımfinalda Orxan Rusiya təmsilçisi olan Olimpiya çempionu Arsen Qalstyanın dizini yerə gətirib və Qran-Prinin finalına çıxıb. 

Həlledici döyüşdə Səfərov qazax Yerkubulan Kassyevi ipponla məğlub edərək mövsümün ilk beynəlxalq uğurunu qazanıb.

Vüqar Şirinli (60 kq) ilk döyüşündə gürcü Georgi Brolaşviliyə məğlub olub.

66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə ilk döyüşündə ukraynalı Sergey Pliyevi ipponla udub. Sonra isə təmiz atışla tatami sahibi Şalva Kardavanın öhdəsindən gəlib. Yarımfinalda o, qazax Yeldos Jumaxanovu məğlub edib və finala çıxıb. Burada o, dünya və Avropa çempionu ukraynalı Georgi Zantaraya qarşı döyüşəcək. 

Nicat Şıxəlizadə həlledici döyüşdə Ukrayna təmsilçisi, dünya və Avropa çempionu Georgi Zantaraya təmiz atışla qalib gələrək qızıl medalı qazanıb.

Tərlan Kərimov ilk döyüşündə (66 kq) gürcü Tristan Peikrişviliyə uduzub. 

Qadınların yarışında Kifayət Qasımova (57 kq) ipponla gürcü Məryəm Tsixelaşvilini məğlub edib. Növbəti döyüşdə Ukraynadan olan Şuşana Gevondyanı əzib və yarımfinala çıxıb. Burada isə Kifayət serb Yovann Rogiçə uduzsa da, sloven Vlora Bedetini məğlub edərək bürüng medal qazanıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

22 Mart 2014 21:34

İnşallah bir gün bu zibillərin izini bütün torpaqlarımızdan kəsərik
Cüdoçumuzu da təbrik edirəm
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

SwAg VaMpIrE

22 Mart 2014 20:11

Həmişə olan şeydi.Həmişə ermənilər üzərində qələbə çalacağıq İNŞƏALLAH.....!
know