Loading...
Futbol xəbərləri

Futbol xəbərləri

Loading...
Futbol xəbərləri

 

İspaniya mətbuatına danışan "Sir" ləqəbli texniki adam, "Qırmızı Şeytanlar"ı işlətdiyi 2009-cu ildə Real Madridə 80 milyon sterlinq qarşılığında satılan Portuqaliyalı ulduzdan klubun kifayət qədər qazanc təmin edə bilmədiyini iddia etdi.
"Ronaldo, o gün Madridə 150 milyon sterlinqə satıla bilərdi" deyən Ferguson, Ronaldonun satışından əvvəl Manchester United idarəçisi David Gill ilə Portuqaliyalı oyunçunun rəyi haqqında dəfələrlə danışdığını izah etdi.
Real Madrid Başçısı Florentino Perezin Ronaldonu 2009da heyətinə qatmaq üçün çox arzulu olduğunu və böyük bir büdcə ayırdığını təxmin etdiyini yazan Ferguson, "Gill'ə Ronaldo üçün Madriddən 150 milyon sterlinq istəməsi lazım olduğunu və Perezin bunu ödəyəcəyini söylədim. O isə, 'Axmaqlama, o pulu həyatda verməzlər' cavabını verdi" şəklində danışdı.

 

Futbol xəbərləri

 

İngiltərə Liqa Kuboku finalında Manchester City ilə Sunderland, Wembleydə qarşılaşdı.
Manchester City, 10. dəqiqədə 1-0 məğlub vəziyyətə düşdüyü qarşılaşmanın ikinci yarısında Toure, Nasri və Navas ilə rəqibinə cavab verərək sahədən 3-1 qalib ayrıldı və Liqa Kubokunu qazanan tərəf oldu.
Matça çox sürətli girən Sunderland, 10. dəqiqədə Borininin qeyd etdiyi qola 1-0 önə keçdi. İlk yarıda başqa qol olmazkən, Sunderland dövrə arasına 1-0 qabaqda girdi. İkinci yarıya təsirli başlayan City, 55. dəqiqədə Piyada Tourenin atdığı qəşəng qolla hesaba 1-1 bərabərliyə gətirdi.
Bu qoldan yalnız 1 dəqiqə sonra səhnəyə çıxan Nasri, Sunderland şəbəkələrini birkez daha havalandıraraq komandasını 2-1 önə keçirdi. Matçda son sözü söyləyən ad Citydən Jesus Navas oldu. 90. dəqiqədə qolunu atan Navas, hesabı 3-1 etdi.
Qarşılaşmada başqa qol olmazkən, City sahədən 3-1 qalib ayrılaraq İngiltərə Liqa Kubokunu muzeyinə apardı.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nahid-19

5 Mart 2014 21:35

Ən əsası odurki Real Madriddə top qovur....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Night Wolf

5 Mart 2014 19:55

Ronaldo həqiqətən çox yaxşı futbolçudur. Messi kimi ona rahat gələn pasları qola çevirmir(bütün qolların nəzərdə tutmuram). Özü qol üçün çalışır. Buna görə də onun oynu mənim daha çox xoşuma gəlir.
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!