Loading...
Futbol xəbərləri

Futbol xəbərləri

Loading...
Futbol xəbərləri

"Qranada" ilə oyunda qolları 57-ci dəqiqədə Kriştianu Ronaldu, 74-cü dəqiqədə isə Kərim Benzema vurubİspaniyanın “Real Madrid” futbol klubu La Liqanın 21-ci turu çərçivəsində doğma meydanı olan “Santyaqo Bernabeu”da “Qranada” komandasını 2-0 hesabı ilə məğlub edib.

"Kral klubu" bu qələbədən sonra 53 xalla ilk dəfə olaraq La Liqaya başçılıq edib, ancaq onlar bu sevinci yalnız bir gün yaşaya bilərlər.

Çünki hər şey 51 xala malik olan “Barselona” və “Atletiko Madrid” komandalarından asılı olacaq. Belə ki, bu gün keçiriləcək oyunlarda “Atletiko Madrid” rəqib meydanında “Rayo Vallekano”nu, “Barselona” isə doğma şəhərində “Malaqa”nı sınağa çəkəcək.

Bu komandalardan hər hansı biri qələbə çalacağı təqdirdə Ronaldunun komandasını məyus edəcək. Xatırladaq ki, “Real Madrid” – “Qranada” qarşılaşmasında qolları 57-ci dəqiqədə Kriştianu Ronaldu, 74-cü dəqiqədə isə Kərim Benzema vurub.

Futbol xəbərləri

ABŞ-ın məşhur "Bleacher Report" saytı 2013/14-ci ilin ən yaxşı Avropa klublarının adlarını açıqlayıb.

Sayt komandaların göstərdiyi oyun gedişi və qazandığı uğurlu nəticələri nəzərə alıb. Siyahıda ilk üçlüyə "Real Madrid" ilə "Barselona" klubları düşməyib.

İlk 20 komandanın siyahısı:

1. Bavariya (Almaniya)
2. Atletiko Madrid (İspaniya)
3. PSJ (Fransa)
4. Barselona (İspaniya)
5. Real Madrid (İspaniya)
6. Mançester Siti (İngiltərə)
7. Yuventus (İtaliya)
8. Arsenal (İngiltərə)
9. Borussiya D (Almaniya)
10. Roma (İtaliya)
11. Liverpul (İngiltərə)
12. Çelsi (İngiltərə)
13. Napoli (İtaliya)
14. Bayer (Almaniya)
15. Monako (Fransa)
16. Mançester Yunayted (İngiltərə)
17. Fənərbağça (Türkiyə)
18. Everton (İngiltərə)
19. Tottenhem (İngiltərə)
20. Sportinq (Portuqaliya)
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

27 Yanvar 2014 19:30

Atletiko Madrid və Barcelona da qələbə qazanıb
Bavariya klubunu heç xoşlamıram
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!