Loading...

Bu dəfə “Qızıl top”u Ronaldoya verdilər
İdman
- 14 Yanvar, 2014
- 2 065 Baxış
Loading...

İspaniyanın “Real" Madrid komandasının və Portuqaliya millisinin oyunçusu Kriştiano Ronaldo 2013-cü il futbol mövsümü üçün “Qıızl top”a layiq görülüb.
Məlumata görə, Kriştiano Ronaldo bu sevinci İsveçrənin Sürix şəhərində keçirilən “Qızıl top” mükafatının təqdimetmə mərasimində yaşayıb.
Ronaldo 2013-cü il futbol mövsümündə 59 oyunda yaşıl meydançaya çıxaraq 69 qola imza atıb.
Xatırladaq ki, “Qızıl top”u ən çox 4 dəfə “Barselona”nın futbolçusu Lionel Messi alıb. Kriştiano Ronaldo isə bu mükafatı futbol karyerasında 2-ci dəfə qazanıb.
Bu il “Qızıl top”a namizədlər arasında Ronaldo və Messi ilə yanaşı, “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberinin də adı var idi.
21:23
Bu gün İsveçrənin Sürix şəhərində 2013-cü il üzrə dünyanın ən yaxşı futbolçusuna “Qızıl top” mükafatı veriləcək.
Məlumata görə, bu il “Qızıl top”a namizədlər sırasında “Real Madrid”in oyunçusu Kriştiano Ronaldonun, “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberinin və “Qızıl top”un 4-qat sahibi “Barselona”lı ulduz Lionel Messinin adları hallanırdı.
Xatırladaq ki, Bakı vaxtı ilə saat 21.30-da başlayacaq tədbirdə həmçinin “İlin ən yaxşı məşqçisi”, “İlin simvolik yığması”, “2013-cü ilin ən yaxşı qolu” və “İlin ən yaxşı qadın futbolçusu” nominasiyaları da müəyyənləşəcək
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...