
Futbol xəbərləri
- 10 Yanvar, 2014
- 1 697 Baxış

Ronaldo "Qızıl top" mükafatını qazansa belə, Messi kimi bu mükafatdan qazanc əldə edə bilməyəcək. "Qızıl top" mükafatlarının açıqlanmasına az qalmış bir müddətdə Ronaldoya pis bir xəbər gəlib.
"Adidas" və FIFA-nın arasındakı müqaviləyə əsasən Portuqaliyalı ulduz bu mükafatı reklamlarında və ya başqa yerlərdə istifadə edə bilməyəcək.
Qeyd edək ki, mükafatın ötənilki sahibi Messinin sponsorluğunu da "Adidas" edib."Qızıl top" məhsullarının sponsoru "Adidas" olduğu üçün əsas sponsorları "Nike" olan Ronaldo və Riberinin bu mükafatı bir qazanca çevirməsini düzgün addım hesab edilmir.

“Futbol karyeramı İspaniyanın “Barselona” futbol klubunda başa vuracam”.
Bu informasiyanı yenidən yaşıl meydanlara qayıdan Lionel Messi bildirib.
“Mən müalicə olunmaq üçün doğma vətənim Argentina getmişdim, İspaniyaya bu ilin əvvəlində qayıtdım. Yenə də bəyan edirəm ki, mən öz karyeramı “Barselona”da bitirəcəm”, - deyə Lionel Messi bildirib.
Lionel Messi dünən İspaniya Kubokunun 1/8 finalında doğma Barselona şəhərində “Xetafe” ilə oyunda dubl edərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, İspaniya La Liqasının 19-cu turu çərçivəsində “Barselona” onunla eyni 49 xala malik olan “Atletiko Madrid” komandası ilə həlledici oyuna çıxacaq. Messi bu oyunla bağlı bildirib ki, onun görüşə çıxması üçün komandanın baş məşqçisi Martino və həkim heyəti ilə söhbət edəcək. Məşhur futbolçu həmin matçda oynamaq istədiyini vurğulayıb.