Loading...

Futbol xəbərləri
İdman
- 09 Yanvar, 2014
- 1 804 Baxış
Loading...

Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun qapıçısı Mark-Andre ter Ştegen İspaniyanın "Barselona" klubu ilə müqavilə imzalayacaq.
Trend xarici KİV-ə istinadən məlumat verir ki, 21 yaşlı qapıçı ilə müqavilə 4 illik olacaq, transferin dəyəri isə 12 milyon avro təşkil edəcək.
Ter Ştegen "Barselona"nın əsas qapıçısı Viktor Valdesi əvəz edəcək. Xatırladaq ki, V.Valdes komandanı cari mövsümdən sonra azad agent kimi tərk edəcək.

İspaniya La Liqasının 18-ci turuna qol yağışı ilə yekun vuruldu.
"Real Madrid" yeni ilin ilk qələbəsini darmadağınla başlayıb. "Kral" klubu çempionatın autsayderini qəbul edərək futbol dərsi keçib. Klubun portuqaliyalı forvardı Kriştianu Ronaldu dubl edərək peşəkar karyerasında 400-cü qolu vurub. Kriştianu Ronaldu braziliyalı sabiq forvard, "yekədiş" Ronaldo Luis Nazarionun rekordunu da vurub. O, klub karyerasında 353 top vuraraq fenomeni geridə qoyub.
Paralel qarşılaşmada ev sahibi biabır olub. "Vilyareal" rəqibin azarkeşlərinə acımayaraq komandanı alt-üst edib.
La Liqa, 18-ci tur
"Real Madrid" - "Selta Viqo" - 3:0
Qollar: Benzema, 67 (1:0), Ronaldo, 82 (2:0), 90 (3:0)
"Rayo Valyekano" - "Vilyareal" - 2:5
Qollar: Uçe, 10 (0:1), Perbet, 12 (0:2), 41 (0:3), Uçe, 57 (0:4), 64 (0:5), Kastillo, 66 (1:5), 90 (2:5)
"Malaqa" - "Atletiko" (Madrid) - 0:1
Qol: Koke, 70 (0:1)
"Valyadolid" - "Betis" - 0:0
"Valensiya" - "Levante" - 2:0
Qollar: Piatti, 41 (1:0), Feghouli, 72 (2:0)
"Almeriya" - "Qranada" - 3:0
Qollar: Dubarbier, 14 (1:0), Verza, 28-pen (2:0), Parreu, 80 (3:0)
"Sevilya" - "Xetafe" - 3:0
"Barselona" - "Elçe" - 4:0
"Osasuna" - "Espanyol" - 1:0
"Real Sosyedad" - "Atletik" (Bilbao) - 2:0
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...