Loading...

Futbol xəbərləri
İdman
- 28 Dekabr, 2013
- 1 897 Baxış
Loading...

"Rubin" (Kazan) klubunun futbolçusu Bibars Natxo Türkiyə klubundan təklif alıb.
Məlumata görə, "Qalatasaray" klubu israilli futbolçunu transfer etməyi planlaşdırır.
25 yaşlı futbolçunun "Rubin"lə yeni müqavilə imzalamaması və komandanı tərk etmək istəməsi İstanbul təmsilçisini hərəkətə keçirib. "Cim Bom"un gələn ay Natxoya rəsmi təklif göndərəcəyi bildirilir. İsrail millisinin üzvünün hansı qərar verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Natxo Premyer Liqada bu mövsüm keçirdiyi 19 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

2013-ci ildə "Google" internet səhifəsində ən çox axtarışa verilən futbolçu və baş məşqçilərin adları məlum olub.
Siyahıda builki "Qızıl top"u qazanmağa namizəd olan Kriştianu Ronaldu, Lionel Messi və Frank Riberinin olmaması diqqət çəkib.
Bu il ən çox "Google"da axtarılan futbolçu "Tottenhem"dən "Real" (Madrid) klubuna 100 milyon avroya transfer edilən Qaret Beyl olub.
"Çelsi"nin futbolçusu Villian ikinci, "Arsenal"ın ulduz oyunçusu Məsut Özil isə siyahının üçüncü pilləsində qərarlaşıb. "Mançester Yunayted"in çalışdırıcısı Devid Moyes "Google"da ən çox axtarışa verilən yeganə baş məşqçi kimi tarixə düşüb.
1. Qaret Beyl ("Real" Madrid)
2. Villian ("Çelsi")
3. Məsut Özil ("Arsenal")
4. Devid Moyes ("Mançester Yunayted"in baş məşqçisi)
5. Kriştian Benitez (Ekvadorun xəstəlik səbəbindən ölən hücumçusu)
6. Tyaqo Alkantara ("Bavariya")
7. Pol Qaskoyn (İngiltərə millisinin keçmiş futbolçusu)
8. Qonzalo İquain ("Napoli")
9. Adnan Yanuzay ("Mançester Yunayted")
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...