Loading...
Futbol xəbərləri

Futbol xəbərləri

Loading...
Futbol xəbərləri

Türkiyə Voleybol Federasiyası qadınlar arasında Superliqada yarımçıq dayandırılan “Fənərbağça” – “Qalatasaray” oyunu ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qərar “Azəryol”un Çempionlar Liqasındakı rəqibinin əleyhinə olub.

Belə ki, “Qalatasaray”a azarkeşlərinin kobud rəftarı səbəbindən 0:3 hesablı məğlubiyyət verilib. Bu azmış kimi, “sarı-qırmızılar”dan 1 xal da alınıb. Həmçinin komandanın qarşıdakı 2 görüşü azarkeşsiz keçiriləcək və “Qalatasaray” əlavə olaraq 10 min TL də cərimə ödəyəcək.

Nəticədə “Fənərbağça” xalını 27-yə çatdırıb və “sarı-qırmızılar”ın xalı 20-yə enib. Buna baxmayaraq, hər 2 qarşılaşmada “Azəryol”a qalib gələn komanda Superliqada 4-cü pillədəki yerini qoruyub.

Qeyd edək ki, “Qalatasaray” azarkeşləri “Fənər”lə oyunun üçüncü hissəsində hesab 13:23 olan zaman ikinci dəfə meydana girmişdilər. Həmçinin onların söyüşlərin ardının kəsilmədiyini görən baş hakim Ərdal Akınçı görüşü yarımçıq saxlamaq məcburiyyətində qalmışdı.

Futbol xəbərləri

Dünyanın ən yaxşı futbolçusu müəyyənləşib. Tanınmış “World Soccer” nəşri planetin ən yaxşısının adını açıqlayıb.

Məşhur dərginin KİV nümayəndələri arasında apardığı sorğunun nəticələrinə əsasən, portuqaliyalı Kriştianu Ronaldu dünyanın ən yaxşısı olub. "Real"ın ulduz futbolçusu 1075 xalla rəqiblərini qabaqlayıb.

Argentina millisi və "Barselona"nın ulduzu Lionel Messi 926 xalla 2-ci yeri tutub. Fransa yığması və "Bavariya"nın futbolçusu Frank Riberi isə 870 xalla 3-cü olub.

Bu üç futbolçu “Qızıl top” mükafatına da namizəddir.

İlk "10-luq" belədir:

1 Kriştianu Ronaldu ("Real Madrid", Portuqaliya) 1075
2 Lionel Messi ("Barselona", Argentina) 926
3 Frank Riberi ("Bavariya", Fransa) 870
4 Zlatan İbrahimoviç (PSJ, İsveçrə) 658
5 Aryen Robben ("Bavariya", Hollandiya) 324
6 Neymar ("Santos" / "Barselona", Braziliya) 286
7 Filip Lam ("Bavariya", Almaniya) 255
8 Robin Van Persi ("Mançester Yunayted", Hollandiya) 251
9 Robert Levandovski ("Borussiya" Dortmund, Polşa) 250
10 Qaret Beyl ("Tottenhem" / "Real" Madrid, Uels) 187

Ən yaxşı baş məşqçi adına "Bavariya"nın sabiq çalışdırıcısı Yupp Haynkes (86 xal) layiq görülüb. Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klopp (15 xal) ikinci, Madrid "Atletiko"sunun çalışdırıcısı Dieqo Simeone isə (5 xal) üçüncü olub.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

A_K

17 Dekabr 2013 10:52

Sitat: İrmak
Neyin kafasindasin?)

Bir Qalatasaraylı taraftarı kafasındayım;) winked love
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

İrmak

17 Dekabr 2013 04:39

Sitat: A_K
Qalatasaraylı azerkeşlerin reqib kamandaların haqsızdığı bezdirir ve ona gőrede kobudluğa yol verirler. Kendimden biliyom

Neyin kafasindasin?)
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

PERSONA_NON_GRATA

16 Dekabr 2013 16:21

Hayat aşk diyil, aşk hayatdır...


Ufff.... yenə qalatasaray, yenə fenerrrr))))

Ramal MC

16 Dekabr 2013 11:40

Ronaldonun son zamanlarda İslam yönümlü olmasına görə sevindim. Belə özü bir zibil deyil )))

Simran

15 Dekabr 2013 13:49

Azerbaycanda da futbol inkişaf etseydi daha yaxşılardı xebere göre teşekkür

Ulka Spencer

15 Dekabr 2013 12:17

ee MEssinin secilmesini istiyirdim((((

Mr_RoCCo

14 Dekabr 2013 20:00

6saray düzələsi zibil deyil
--------------------
FaceBook
Instagram - ageelvevo

Qismet directioner

14 Dekabr 2013 19:47

“Qalatasaray”a azarkeşlərinin kobud rəftarı səbəbindən 0:3 hesablı məğlubiyyət verilib. Bu azmış kimi, “sarı-qırmızılar”dan 1 xal da alınıb. Həmçinin komandanın qarşıdakı 2 görüşü azarkeşsiz keçiriləcək və “Qalatasaray” əlavə olaraq 10 min TL də cərimə ödəyəcək.
men futbolda Qalatasarayliyam,amma voleybolda Azeryolu(evvelki adla Azerraili)haqsizliqla udduqlari ucun onlara eceb olub...O ki qaldi Ronaldoya,duzgun qerar veribler(ne qeder Barsali olsam da) sm28

Night Wolf

14 Dekabr 2013 19:44

Ronaldonun yaxsi secilmesine sevindeinm
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

14 Dekabr 2013 19:29

Qalatasaraylı azerkeşlerin reqib kamandaların haqsızdığı bezdirir ve ona gőrede kobudluğa yol verirler. Kendimden biliyom winked
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin