Loading...

Futbol xəbərləri
İdman
- 30 Noyabr, 2013
- 2 363 Baxış
Loading...

Futbol üzrə İspaniya La Liqasında XV tura start verilib. İlk oyun günündə iki görüş baş tutub.
"Xetafe" matçın sonlarına yaxın yeganə qol vuraraq qələbə qazanıb.
"Vilyareal" - "Malaqa" oyununda isə qalib müəyyənləşməyib - 1:1.
Bu gecə "Atletiko Madrid" səfərdə "Elçe"nin qonağı olacaq. "Kral" klubu "Santyaqo Bernabeu"da "Valyadolid"i qəbul edəcək. Zədələnmiş Kriştianu Ronaldunun bu oyunda oynaya biləcəyi barədə xəbər yayılıb.
Qeyd edək ki, tura dekabrın 2-də baş tutacaq "Atletik Bilbao" - "Barselona" oyunu ilə yekun vurulacaq.
29 noyabr
La Liqa, 15-ci tur
"Xetafe" - "Levante" - 1:0
Qol: Leon, 78 (1:0)
"Vilyareal" - "Malaqa" - 1:1
Qollar: Soriano, 31 (1:0), Veliqton, 90 (1:1)
30 noyabr
"Elçe" - "Atletiko Madrid"
"Selta Viqo" - "Almeria"
"Real Madrid" - "Valeadolid"
1 dekabr
"Espanyol" - "Real Sosyedad"
"Betis" - "Rayo Valekano"
"Qranada" - "Seviliya"
"Valensiya" - "Osasuna"
2 dekabr
"Atletik" (Bilbao) - "Barselona"
İspaniyanın "Barselona" klubunun müdafiəçisi Xerard Pike və onun müğənni sevgilisi Şakira “Fənərbağça”nın oyununu izləyiblər.
Basketbol üzrə Avroliqanın oyununda “Barselona” ilə “Fənərbağça” qarşılaşmışdı. Ulduz cütlük Barselonada keçirilən oyunu birlikdə izləyiblər. Pike sosial şəbədəki səhifəsində əvvəl ispan, sonra isə türk dilində "Avroliqaya yaraşan bir matçdır! FC Barcelona - Fenerbahçe Ülker" yazıb.
Əlavə edək ki, 1/16 final mərhələsinə çıxışını təmin edən “Fənərbağça” ilk dəfə olaraq 6 oyundan sonra səfərdə “Barselona”ya məğlub olub ("Barselona" 94 - 81 "Fənərbağça").




Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...