Loading...
“Real Madrid” Bakıda futbol məktəbi açır

“Real Madrid” Bakıda futbol məktəbi açır

Loading...

“Real Madrid” Bakıda futbol məktəbi açır

Dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi açan Real Madrid Fondu noyabrın 4-də Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə “Vətən” sosial futbol məktəbi açacaq.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, futbol məktəbinin açılışı “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial proqramı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, “Vətən” sosial futbol məktəbi postsovet məkanında 1-ci, Avropada isə 8-ci məktəbdir. Bu il aprelin 29-da İspaniyanın Madrid şəhərində yerləşən “Santyaqo Bernabeo” stadionunda Azərbaycan Gənclər və İdman Nazirliyi və Real Madrid Fondu arasında imzalanmış əməkdaşlıq haqqında proqrama uyğun olaraq Bakıda “Vətən” sosial futbol məktəbinin yaradılması haqqında razılığa gəlinib.

S.Məmmədova bildirib ki, məktəbin rəsmi açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Real Madrid Fondunun vitse-prezidenti Enrike Sançes, AFFA-nın baş katibi Elxan Məmmədov və digər rəsmi şəxslər iştirak edəcəklər.

“Vətən” sosial futbol məktəbinə daxil olma şərtləri isə aşağıdakılardır:

- 8-17 yaş həddi

- risk altında olan və yoxsulluqdan əziyyət çəkən ailələr

- uşağın təhsil və dərsə davamiyyət göstəricisi

- ailənin sosial statusu (qaçqın və məcburi köçkün).

Onu da bildirək ki, 2013-14-cü tədris ilində “Vətən” sosial futbol məktəbinə 100 nəfərin (50 qız, 50 oğlan) qəbulu nəzərdə tutulub. Hazırda 50 oğlan, 20 qız olmaqla 70 gənc məktəbdə müntəzəm məşqlərdə iştirak edir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Arizona

11 Noyabr 2013 17:52

JE TAIME, Salam. Raziyam, düz deyirsiz

A_K

10 Noyabr 2013 16:08

Belke bundan sonra oynamağı oyrenerler
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Smiler

9 Noyabr 2013 21:35

yeahhh Real

Devilest_Love

9 Noyabr 2013 20:47

Oglan olsaydim gederdim greeting

ngng

9 Noyabr 2013 20:06

xeyirli olsun

MisS

9 Noyabr 2013 18:42

Maraqlanmıram ki

Night Wolf

9 Noyabr 2013 18:37

maraqli dir Realin bakida ne isi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

JB

9 Noyabr 2013 17:48

lap yaxshi....