Loading...

Futbol xəbərləri
İdman
- 24 Oktyabr, 2013
- 1 945 Baxış
Loading...

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turuna yekun vurulub.
Xəbər verir ki, ikinci oyun günündə də 8 qarşılaşma baş tutub.
A qrupunda “Mançester Yunayted” “Real Sosyedad”-ı qəbul edib. İngiltərə nəhəngi minimal hesablı qələbəyə sevinib. “Şaxtyor” isə “Bayer”in qonağı olub. Ukrayna klubu darmadağına üzülüb.
B qrupunda ilk iki matçda qələbə qazanmış “Real” “Yuventus”u qonaq edib. Qarşılaşma meydan sahiblərinin çətin qələbəsiylə başa çatıb. Ölkəmizdə böyük azarkeş kütləsinə sahib olan “Qalatasaray” isə “Türk Teklekom Arena”da “Kopenhagen” üzərində inamlı qələbə qazanıb.
C qrupunda 6 xalla lidlerlik kürsüsündə əyləşmiş PSJ “Anderlext”in qonağı olub. İbrahimoviçin pokerə imza atdığı qarşılaşmada qonaqlar 5 cavabsız qolla qalib gəliblər. Aktivində 3 xal olan “Benfika” və “Olimpiakos” isə Portuqaliyada üz-üzə gəlib. Bu görüş sülhlə bitib.
D qrupunda yer alan Çempionlar Liqasının son qalibi “Bavariya” evdə “Viktoriya”nın daşını daş üstə qoymayıb. “Mançester Siti” isə Moskvada ÇSKA üzərində qələbəyə sevinib.
Çempionlar Liqası
Qrup mərhələsi
A qrupu
Bayer (Almaniya) - Şaxtyor (Ukrayna) - 4:0
Qollar: Kisslinq, 22; 72, Rolfes, 50-pen, Sam, 57.
Mançester Yunayted (İngiltərə) - Real Sosyedad (İspaniya) - 1:0
Qol: Martines, 2-öz qapısına.
B qrupu
Real (İspaniya) - Yuventus (İtaliya) - 2:1
Qollar: Ronaldo. 4; 29-pen - Lyorente, 22.
Qalatasaray (Türkiyə) - Kopenhagen (Danimarka) - 3:1
Qollar: Melo, 9, Sneyder, 38, Droqba, 45.
C qrupu
Anderlext (Belçika) - PSJ (Fransa) - 0:5
Qollar: İbrahimoviç, 17; 22; 36; 62, Kavani, 52.
Benfika (Portuqaliya) - Olimpiakos (Yunanıstan) - 1:1
Qollar: Kardozo, 84 - Dominqes, 29.
D qrupu
ÇSKA (Rusiya) - Mançester Siti (İngiltərə) - 1:2
Qollar: Toşiç, 32 - Aquero, 34; 42.
Bavariya (Almaniya) - Viktoriya (Çexiya) - 5:0
Qollar: Riberi, 25; 61, Alaba, 37, Şvaynştayger, 64, Gotse, 90.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...