Loading...

Futbol xəbərləri
İdman
- 06 Oktyabr, 2013
- 1 841 Baxış
Loading...

Dünən İspaniya primerasında 8-ci turun oyunları keçirilib.
"Vilyareal" öz evində "Qranada"ya qalib gəlib, "Malaqa" isə doğma divarlar arasında "Osasuna"dan məğlubiyyət alıb. Madrid "Real"ı qonağı olduğu "Levante"nin daşını daş üstə qoymayıb.
Kataloniyanın "Barselona" klubu isə "Kamp Nou"da "Valyadolid"i qəbul edirdi. İlk yarı 1:1 hesabı ilə bitib, ikinci hissədə isə "Barsa" geriyə dönüş ("comeback") edərək qonağını darmadağın edib. 4:1 hesablı qələbə ilə Kataloniya klubu La Liqada rekord vurub: çempionatın startında 8 oyunu ardıcıl olaraq qazanıb.
Əvvəl belə seriyaya Madrid "Real"ı nail olmuşdu: 1962, 1969 və 1988-ci illərdəki belə uğurlu startdan sonra komanda çempionatı qazanmışdı.
"Barselona"ya Madrid "Atletiko"su çata bilər, onun da hesabında bu mövsüm 7 ardıcıl qələbə var. Madridlilər bu axşam "Selta" ilə görüşəcəklər.
La Liqa
8-ci tur
4 oktyabr
Vilyareal - Qranada 3:0 (1:0, 2:0)
"El Madriqal"
Qollar: 1:0 - 30 B.Soriano, 2:0 - 49 dos Santos, 3:0 - 82 Pina.
Malaqa - Osasuna 0:1 (0:1, 0:0)
"La Rosaleda"
Qol: 0:1 - 23 Riera.
5 oktyabr
Elçe - Espanyol 2:1 (1:0, 1:1)
"Martines Valero"
Qollar: 1:0 - 40 Koro, 1:1 - 65 Bifuma, 2:1 - 74 Koro.
Rayo Valyekano - Real Sosyedad 1:0 (0:0, 1:0)
"Kampo de Valyekas"
Qol: 1:0 - 89, penalti Viera.
Levante - Real Madrid 2:3 (0:0, 2:3)
"Syuda de Valensiya"
Qollar: 1:0 - 57 Baba, 1:1 - 61 Ramos, 2:1 - 86 El-Jar, 2:2 - 90 Morata, 2:3 - 90 Ronaldu.
Barselona - Valyadolid 4:1 (1:1, 3:0)
"Kamp Nou"
Qollar: 0:1 - 10 Qerra, 1:1 - 14 Sançes, 2:1 - 52 Xavi, 3:1 - 64 Sançes, 4:1 - 70 Neymar.
6 oktyabr
15:00 Atletiko - Selta
"Visente Kalderon"
20:00 Sevilya - Almeriya
"Ramon Sançes Pisxuan"
22:00 Xetafe - Betis
"Alfonso Peres"
00:00 Atletik - Valensiya
"San Mames"
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...