Loading...
İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr

Loading...
İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Raul Gonzalez

İspaniya və Çempionlar Liqası tarixinin bombardiri olmasına baxmayaraq heç cür bu qüruru yaşaya bilmədi. 2001-ci ildə bu ünvana çox yaxınlaşsa da mükafat komanda yoldaşı Figoya getdi. 3 dəfə Çempionlar liqasını qazanan futbolçunun FIFA Dünyada İlin Futbolçusu ola bilməməsindəki ən böyük səbəb ehtimalla milli səviyyədə eyni müvəffəqiyyəti sərgiləyə biymədiyi üçün layiq görülmədi.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Samuel Eto'o

3 dəfə 'Afrikada İlin Futbolçusu' seçildi. Barcelona formasıyla 2 dəfə Çempionlar liqasına uzanan Eto'o , ayrıca 2 ayrı finalda birdən qol vurma müvəffəqiyyəti göstərən 2 futbolçudan biri. Weahdan sonra bu mükafatın sıralamasında ilk 3-lüyə girən 2. Afrikalı olan Eto'o, 2005-ci ildə 3-üncü. sırada iştirak etmişdi.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Frank Lampard

2005-ci ildə, Lampard bu mükafata ən çox yaxınlaşan 3. İngilis futbolçu oldu (Sherear və Beckhamdan sonra). Ancaq, o mövsüm Ronaldinhonun ili idi. Bu mükafatı qazanması üçün ya Çempionlar liqası ya da Dünya Kubokunu qaldırması şərt idi!

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Andriy Shevchenko

2004-cü ildə Qızıl Top mükafatını qazanan Sheva, FIFA Dünyada İlin Futbolçusu mükafatında Ronaldinho və Henryin gerisində qalmaqdan xilas ola bilmədi. Avropa Kubokları tarixinin 4. ən yaxşı performansına sahib olan Ukraynalı, bir daha bu performansına yaxınlaşa bilmədi.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Ryan Giggs

M.Unitedli əfsanə, bu mükafata böyük ehtimalla milli komanda karieri səbəbiylə layiq görülmədi.M.United formasıyla 2 dəfə Çempionlar liqasını qaldıran Giggs, milli komanda son 10 ildir ən kiçik bir tərpənmə də göstərə bilməməsi səbəbiylə, Dünyanın ən yaxşısı seçilmədi.


İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Dennis Bergkamp

Hollandiyalı usta oyunçunun karierini və klasını müzakirəyə ehtiyac yoxdur. Ancaq, həm Hollandiya Milli Komanda böyük bir turnirdə kuboka uzana bilməməsi həm də Arsenalın Çempionlar liqasını qaldıra bilməməsi, ONU bu böyük qürurdan uzaq tutan faktorlar oldu.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Jurgen Klinsmann

1990-da Almaniyayla Dünya Kubokunu qaldıran kapitan, o dövrün ən yaxşı qolçuları arasında iştirak edirdi. Almaniyayla Avro 1996-da zəfərə çatması da, bu mükafata layiq görülməsinə çatmadı.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Roberto Carlos

1990-ların sonuyla 2000-ci illərin başında Dünyanın müzakirəsiz ən yaxşı sol müdafiəçisi olaraq görülürdü. Dünya Kuboku sahibi və R.Madrid formasıyla 3 dəfə Çempionlar liqası Kubokunu qaldırsa da əksəriyyətlə hücumçular tərəfindən təziq edilən mükafata bir dəfə olsun yaxınlaşa bilmədi belə.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Franco Baresi

1990-ların başında Dünyanın ən yaxşı müdafiəçilərin ən yaxşısı olaraq görülən Baresi, Milanla 1 dəfə Çempionlar liqasını qazanıb, İtaliya ilə 1994-də Dünya Kuboku Finalı oynamasına baxmayaraq, FIFA Dünyada İlin Futbolçusu mükafatında ilk üçlüyə belə girə bilmədi.


İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Peter Schemeichel

3 dəfə 'İlin Qapıçısı', 2 dəfə də 'Dünyada İlin Ən Yaxşı Qapıçısı' mükafatı qazandı. Ancaq, ilin futbolçusu mükafatını heç cür qazana bilmədi.


İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Michael Ballack

2001-2002 mövsümündə Bayer Leverkusen ilə Çempionlar liqasında və Almaniya ilə Dünya Kubokunda finala çatdığında, Zidane və ya Ronaldo qədər iddialı idi. Lakin o zaman belə ilk üçə girməyi bacara bilməmişdi.


İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
David Beckham

İngilis ulduz, mükafata 2 dəfə çox yaxınlaşsa da, ikisində də 2-liyə razı oldu. 1999-da Manchester United ilə Çempionlar liqası çempionluğuna çatarkən Rivaldonun, 2001-də isə Luis Figonun arxasında qaldı.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Gianluigi Buffon

İtaliya ilə Dünya Kuboku qazandığı 2006-da, Juventus ilə Çempionlar liqasında final oynadığı 2003-də, həmişə digər bölgələrdən oyunçular seçildi. Bu il ölkəsindən göstərilən tək namizəd; ancaq qazanması yenə çətin görünür.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Cafu

3 dəfə Dünya Kuboku finalında oynamaq kifayət olmalı ki, Cafu, bu mükafatda ilk 3-lüyə də girə bilmədi. Halbuki klub səviyyəsində də, həm Cənubi Amerikada həm də Avropada çox müvəffəqiyyətli idi.Müdafiəli bir bölgədə oynayır olması, mükafata yaxınlaşa bilməməsindəki faktorlardan biri idi.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Steven Gerrard

2001-də Liverpulun qazandığı 3 kubokun (UEFA Kuboku, Çempionlar liqası, FA Kuboku) finallarında qol vurmağı bacardı. UEFA tərəfindən 2004/2005 mövsümündə Çempionlar liqasının ən qiymətli oyunçusu seçilmişdi, Futbol Yazıçıları Dərnəyindən də keçən il mükafat aldı; lakin bu mükafatı hələ qazana bilmədi.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Thierry Henry

2001 ilə 2006 illəri arasında, İngiltərədə qazanıla biləcək hər şeyi qazandı. Lakin eyni dövrdə, Arsenal ilə Çempionlar liqasında və ya Fransa ilə milli komanda səviyyəsində çempionluğa çata bilmədi. 2003 və 2004 illərində 2-ci. sırada qaldı.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Oliver Kahn

2002-də Almaniyanı finala daşıyarkən, bir Dünya Kubokunda Qızıl Topu qazanan ilk qapıçı olma ünvanını əldə edirdi. Eyni il, Dünyada İlin Futbolçusu mükafatında da ilk üçlüyə girən ilk qapıçı olmağı bacardı; ancaq Ronaldonun arxasında ikincilikdə qaldı.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Paolo Maldini

Milan əfsanəsi, 25 illik karierində klublar səviyyəsində qazanıla biləcək bütün kubokları qazandı. Ancaq müdafiəçi olduğu üçün, fərdi müvəffəqiyyətlərdə əskik qaldı. 1995-də, mükafatı alan komanda yoldaşı Corc Weahın arxasından ikinci olmuşdu.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Pavel Nedved

Juventus onu Zidanenin boşlüğünü bağlamaq üçün transfer etmişdi. 2003-cü ildə komanda Çempionlar liqası finalına daşıyarkən Ballon d'Or'u qazanmağı bacarmışdı; lakin bu mükafat üçün ilk üçlükdə belə deyildi.

İlin Futbolçusu Seçilə bilməyən Əfsanələr
Hristo Stoichkov

1992-ci ildə Barcelona ilə Avropada zirvəyə çıxsa da ikinci sırada qalmışdı. 2 il sonra, Bolqarıstan Dünya Kubokunu 4-cü. sırada tamamlayarkən Stoichkov da Salenko ilə qol krallığında zirvəni paylaşırdı. Lakin bu mövsümdə də Romario'nun gerisində qaldı.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

niko love

18 Fevral 2012 13:13

secilerdilerde

GERRARD 45

6 Avqust 2010 19:49

GERRARDA GORE KEDERLENIREM

fb 1907

1 Yanvar 2010 23:04

XEBERE GORE SAG OLUN

Privacy

19 Dekabr 2009 00:43

tskler beyendim

LARACROFT

19 Dekabr 2009 00:05

Bəyəndiyim futbolçular var idi.Elə 1-ci Raul.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Emil09

18 Dekabr 2009 22:47

Dunyanin en cox titul qazanan oyuncusunun Luis Nazario da Lima yani RONALDO oldugun bilirsiz bilmiyenlerde bilsin.Ronaldo sozu geden mukafati 3 defe qazanib inanmiram kimse Ronaldo ve Zidannan basqa 3defe alsin.Xebere gore saq olun

Dunyanin en cox titul qazanan oyuncusunun Luis Nazario da Lima yani RONALDO oldugun bilirsiz bilmiyenlerde bilsin.Ronaldo sozu geden mukafati 3 defe qazanib inanmiram kimse Ronaldo ve Zidannan basqa 3defe alsin.Xebere gore saq olun

calypso

18 Dekabr 2009 19:56

Gianluigi Buffon

MR.QARRI

18 Dekabr 2009 19:40

HEÇ NƏ OLMAZ GƏLƏN İL[center][u][i][b]HEÇ NƏ OLMAZ GƏLƏN İL SEÇİLƏRLƏR
SEÇİLƏRLƏR[/b][/i][/u][/center]

EHLIKEF

18 Dekabr 2009 18:59

Ehhh yene bu futbooool?! xoshum gelmir ,ona gore maraqsizdi...

Suliko

18 Dekabr 2009 17:31

Raul secildi secilmedi vse ravno efsane olaraq qalir ve qalicey ))
Cox maraqli xeber oldu menim ucun..tewekkur sene..+5
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Lineage

18 Dekabr 2009 16:27

Hə bunlarında vaxtları var idi İlin Futbolçusu Seçilə bilməsələrdə əfsanə olaraq qalacaqlar.

Aze_girl

18 Dekabr 2009 15:36

Andrey Shevchenko bambashqa bir futbolchudur.Duzdur yash öz sözunu desede,iller kechsede onu bir futbolchu kimi beyenmeyim deyishmeyecek.Her zaman en beyendiyim futbol olacaq.Diger futbolchulara qaldiqda ise her birinin özune mexsus ugurlari var.Eger derinliye getsen ,bir-bir sadalasan her birinin ferqli istedada malik olduqlarini göreceksiniz.

Gitarist

18 Dekabr 2009 14:44

Sitat: Tena
2-ci yer də pis deyil)


DUZDU PIS DEYIL AMMA 3-DEN PISDIR mocking

UKA

18 Dekabr 2009 12:52

Twkler...

Elif_87

18 Dekabr 2009 12:12

Təşəkkür...

_axmedov_

18 Dekabr 2009 12:10

hmmm
--------------------
26 10 1992

Tena

18 Dekabr 2009 12:02

David Beckham,İngilis ulduz, mükafata 2 dəfə çox yaxınlaşsa da, ikisində də 2-liyə razı oldu.

2-ci yer də pis deyil) winked