Loading...
Ana ilə iki uşağını maşın vurdu - Dəhşətli qəza anbaan kameraya düşdü - VİDEO

Ana ilə iki uşağını maşın vurdu - Dəhşətli qəza anbaan kameraya düşdü - VİDEO

Loading...

İşıqforda yolu keçməyə çalışan ana və iki uşağını maşın vurub.


Müşahidə kamerasına düşən hadisənin Bərdə şəhərində baş verdiyi güman edilir.

Ana bir uşağını qucağında saxlayıb, digərinin isə əlindən tutaraq piyada zolağıyla yolu keçməyə çalışıb. Bu zaman işıqforun yaşıl işığı hələ yanıb sönərək son 3 saniyəni göstərib.


Elə buna görə də tələsik işıqforu keçməyə çalışan "Lada Priora" markalı avtomobilin “kor” sürücüsü ana ilə balalarını vurub.

Böyük uşaq yaxınlaşan avtomob

ili görüb qaçmağa çalışaraq qəzadan yüngül xəsarətlərlə qurtula bilib. Lakin qucağındakı körpə ilə birgə havaya qalxan ana yerə çırpılıb.

İlkin versiyalara görə, ana yerindəcə dünyasını dəyişib.


İşıqforun yanıb-sönən işığı, deyəsən, bəzi sürücülərə “yavaşla, indi qırmızı yanacaq” mesajı əvəzinə “qaza bas, tez ol, qırmızı yanacaq” anlamını verir. Ona görə də bu cür sürücülərə ən ağır cəzalar verilməlidir. Onların qəlbi, beyni, ruhu kar, kor, laldır.


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR