Loading...
Hündürmərtəbəli binada başlayan yanğın söndürülüb - YENİLƏNİB

Hündürmərtəbəli binada başlayan yanğın söndürülüb - YENİLƏNİB

Loading...

Bakıda hündürmərtəbəli yaşayış binasında başlayan yanğın söndürülüb. 


Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, əraziyə cəlb edilən xilasedicilər bina sakinlərini təxliyə edə biliblər. 

Yanğın binanın elektrik xətlərindən başlamışdı. Binanın sakinləri bildirmişdilər ki, onları təxliyyə etmək mümkün olmur.



***10:00

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.


Bu barədə yanğın baş verən binanın sakinləri Joy.az-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Joy.az-ə bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load