Loading...
“Ağ çiçəyim”də yanğın söndürüldü – VİDEO (YENİLƏNİB)

“Ağ çiçəyim”də yanğın söndürüldü – VİDEO (YENİLƏNİB)

Загрузка...
“Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı “Ağ çiçəyim” gül salonunda yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məluamt verilib.

Verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***08:41
“Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı “Ağ çiçəyim” gül salonunda yanğın şiddətlənib.

Bu barədə hadisə şahidləri bildiriblər.

Vurğulanır ki, mağazanın damında başlayan yanğını hələ də söndürə bilməyiblər.

***08:17
Bakının Nizami rayonu ərazisində "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı mağazada yanğın başlayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Verilən məlumata görə, yanğın “Ağ çiçəyim” gül salonunda qeydə alınıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq.

Xidmətdən BAKU.WS-ə bildirdilər ki, gül mağazasının dam örtüyü yanır.

Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Ərazidək digər mağazalar yanğından mühafizə olunub.

Загрузка...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Загрузка...

    End of content

    No more pages to load

    loading...
    Загрузка...