Fon yüklənir...
Загрузка...

Əvvəl sevgilisini bıçaqladı, sonra maşınla dərəyə yuvarlandı - VİDEO (YENİLƏNİB)

Загрузка...
Bakıda avtomobilin dərəyə yuvarlanması faktı ilə bağlı bəzi məqamlar məlum olub.

Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində "Ravon Nexia" markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində ölən şəxslərin adları məlum olub.

Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını öz avtomobilində bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb. 

Həmçinin V.Abdullayev həmin avtomobili oğurladığı məlum olub. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Загрузка...
loading...
Загрузка...