Loading...
Mio Graf

Mio Graf

Loading...
alt

Mio Graf
Nəzərinizə çatdırmaq istərdim ki, MİO GRAF Azərbaycan dilində hazırlanmış virtual intellektual oyundur. Oyunda mövcud kateqoriyalar altında 1000'ə yaxın sual, internetdən, jurnallardan, kitab və intellektual klublardan toplanılaraq oyuna yerləşdirilmişdir. Bu məqsədlə oyundakı suallara görə layihə rəhbəri heç bir məsuliyyət daşımır. Yanlış hesab edilmiş suallar qeydə alınaraq növbəti versiyada düzəliş edilərək yerləşdirilir. Suallar bir neçə mərhələdən keçərək yoxlanılsa da müəyyən yanlışlıqlar nəticəsində bəzi kiçik xətalar qaçılmazdır.
Layihə hər yeni versiyasında olduğu kimi, bu versiyasında da müəyyən qədər sadələşdirilmişdir. Məqsəd internet və kompyüter istifadəçilərinin boş vaxtlarının səmərəli keçirmələri üçün bir qədər köməklik göstərməkdir.  Hazırda oyun üzrə 2 kömək haqqı mövcuddur ki, bunlardan biri suala məxsus 1 yanlış cavabı müəyyən edir və oyun üzrə 2 dəfə istifadə edilə bilər, digəri isə mövcud sualı dəyişdirərək başqa sualı ekranda göstərir. Eyni zamanda oyuna düşünmə zamanı da əlavə edilmişdir ki, bunu istəyə görə aktiv və ya passiv edə bilər və hər sual üçün istəyə görə saniyə limiti seçə bilərsiniz.
Suallar müəyyən qədər çətinləşdirilməklə yanaşı əvvəlki versiyadakı suallar da artıq istifadə edilməməkdədir. Hər oyun üçün sizə 15 sual verilir, hər sualın 4 variantı olur və onlardan biri doğru cavab hesab edilir. Yanlış cavab seçildiyi təqdirdə oyun dayandırılır və yeni oyun seçməyiniz lazım gəlir. Eyni zamanda əlavə edilmiş daha bir özəllik var ki, oyunu bağlamadıqca qarşılaşdığınız suallar təkrarlanmamaqdadır. Yəni oyun pəncəsi bağlanmadıqca bütün suallar qurtarana qədər qarşılaşdığınız suallar bir daha qarşınıza çıxmaz. Gündəlik oyun üçün məhdudiyyət qoyulmamışdır. İstifadə edilmiş suallar əsasən asanlığına görə 3 mərhələyə bölünüb. 1, 6 və 11-ci sual hər mərhələnin ilk sualı hesab edilir və hər mərhələdə suallar bir qədər çətinləşir.
Eyni zamanda oyunda qaliblər kateqoriyası altında oyun üzrə qalib gələnlərin adlarını görə bilərsiniz. Həmçinin 15 sualı doğru cavablandırdığınız təqdirsə qarşınıza çıxan formu dolduraraq internet vasitəsilə qaliblər siyahısına adınızı da salmağınız mümkündür.


Yüklə | Download | Скачать



alt

Mio Graf Mobile
İstifadəçilərin istəyini nəzərə alaraq MİO intellektual oyununun telefon versiyası artıq fəaliyyətə başlamışdır. Oyunun ilk versiyasında 300 sual istifadə edilmişdir. Hazırkı 2-ci versiyasında yenə 300 sual istifadə edilməkdədir. Əvvəki versiyadakı sualların hamısı çıxarılaraq yeni suallar ilə əvəz edilib.
Mobil telefonlar üçün hazırlanmış intellektual oyunu telefonlarınızda oynamaq üçün mobil telefonunuz da FlashLite 2.0 dəstəyi aktiv olmalıdır. Nəzərinizə çatdırıram ki, yeni çıxmış telefonların demək olar bütün modellərində FlashLite 2.0 dəstəyi aktiv olur, lakin bəzi telefonlarda 1.0 versiyası olduğu üçün oyunu oynamaq mümkün olmur. Bunun üçün FlashLite 2.0 playerini proqram şəklində sonradan əlavə etməlisiniz.
Oyunu telefonunuza yükləmək üçün heç bir proqramdan istifadə etməyə ehtiyac yoxdur. Burdan yüklədiyiniz .zip faylının içərisindəki .swf faylını götürərək telefonunuz da flash faylları üçün nəzərdə tutulmuş bölməyə atmağınız kifayətdir.
Oyunu eyni zamanda MMS texnalogiyası ilə dostlarınıza da göndərə bilərsiniz. Bunun üçün telefonunuzda MMS yaradaraq xüsusi obyekt kimi oyunun .swf faylını əlavə edərək göndərməlisiniz. MMS aktiv bütün telefonnlarda xüsusi fayl funksiyası mövcuddur.
Oyun mobil telefonlar üçün yaradılmışdır və əməliyyat sistemi rejimində oyunu açmağınız mümkün deyildir. Nəzərinizə çatdırıram ki, oyunu faylında düzəliş aparmaq və ya sualları dəyişdirmək qadağandır. Bunu edərkən sisteminizə dəyəcək ziyana görə məsuliyət daşımırıq.


Yüklə | Download | Скачать
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ceyhun7

10 Sentyabr 2009 21:14

tesekkur.her ikisini de yukledim... yerivar

asasin

8 Sentyabr 2009 22:14

tsk

DENTiS

30 Avqust 2009 02:07

Bunu edərkən sisteminizə dəyəcək ziyana görə məsuliyət daşımırıq. am

LARACROFT

29 Avqust 2009 23:38

Çox sağ ol Moren ama oyun oynamağa həvəs yoxdu.Düzdü intelektual oyun ola bilər ama nəsə ona da həvəs yoxdu.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Rammstein-

29 Avqust 2009 20:09

bu proqramin sayesinde qizla taniw olmuwdum)))

m.Hesenzade

29 Avqust 2009 19:43

Moren çox sağol qaqaş amma mənlik deyil iqra .
--------------------
Qara Kitabın Xoş Xatirələri...

QARACUXURLU XAKKER

29 Avqust 2009 19:24

TƏŞƏKKÜRLƏR...

M_A_R_I_K

29 Avqust 2009 18:52

Eziyyete twkler:)Sorry yuklemiyecem:) wink
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

Emka_85

29 Avqust 2009 17:19

Təşəkkürlər Moren
--------------------
Dünyada heç kimə güvənmə.Çünki Ağ gülün kölgəsi qaradır

nepasluwnaya

29 Avqust 2009 16:12

oyunlar menlik deyil...hovselem catmir
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

I_LOVE_GREEN DAY

29 Avqust 2009 15:29

bu oyun mende var idi milyon4uya oxshuyur. oqederde maraqli deyil wink

DREAMY_GIRL

29 Avqust 2009 15:07

COX SAQOL TF DADA VAR KAMPUTERDEDE VAR

good

DeadDoll

29 Avqust 2009 14:43

tewekkurler wink

Ronnie_7

29 Avqust 2009 14:36

Maraqlıdı amma çox həvəs qalmayıb oyuna Təşəəkür Moren
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Afrodita

29 Avqust 2009 14:30

Maraqli geldi.yukleyib oynayacam.Intellektual oyunlari seirem.Tesekkur Moren.

rzayeva_faust

29 Avqust 2009 14:22

oyun oynamagi sevmirem. teshekkurler.

Vanessa

29 Avqust 2009 12:41

coxsagol moren menim oyun oynamaqdan o qeder de xoüum gelmir ama herden intelektual oyunlari oynuyuram yukleyek baxaqda necedu good