Loading...

Biraz da Sudoku oynayaq
Oyunlar
- 30 İyun, 2011
- 3 973 Baxış
Loading...

Sudoku nədir?
Sudoku Yaponiyaya aid olan bir oyundur. Yapon dilindən tərcümədə "Saylar tək olmalıdır" mənası verən "Suuji wa dokishin ni kagiru" sözlərin qısaldılmış formasıdır. ABŞ-da "Number Place" yəni "Rəqəm yerləşdirmə" adı ilə bilinir. Bu oyunu oynamaq üçün riyazi məlumatlara ehtiyac yoxdur.
Sudoku necə oynanılır?
Ən geniş yayılmış Sudoku oyunu 9x9 kvadratdan ibarət bir sahədə oynanılır. 9x9-luq sahənin içində 3x3-lük bölgələr olur.

Sudoku təqdim edilərkən xanalardan bir neçəsində rəqəmlər yazılır və sizdən boş xanalara uyğun rəqəmləri yazmağınız istənir.
Bu oyunda yalnız 1-dən 9-a qədər olan rəqəmlərdən istifadə olunur. Bu rəqəmləri isə yazarkən aşağıdakı qaydaya riayət etmək lazımdır.
1. İstifadə olunan rəqəm o sətirdə (şəkildə mavi ilə işarələnib) 1 dəfə yazıla bilər.
2. İstifadə olunan rəqəm o sütunda (şəkildə yaşıl ilə işarələnib) 1 dəfə yazıla bilər.
3. İstifadə olunan rəqəm o bölgədə (şəkildə sarı ilə işarələnib) 1 dəfə yazıla bilər.
Yekunlaşdırsaq... hər sətirdə, hər sütunda və hər bölgədə 1-dən 9-a qədər olan rəqəmlər sadəcə 1 dəfə yazıla bilər.
Bu oyunu qısa və dəqiq şəkildə belə izah edə bildim. İndi isə Vmanat qazandıracaq Sudokulara keçək ;)
Asan - 100 Vmanat

Normal - 150 Vmanat

Çətin - 200 Vmanat

P.S: Əgər tələb olarsa 2 gündən bir yeniləri olacaq.
Biraz çətin başa düşülən dildə izah etmiş ola bilərəm amma çalışdım ki, heç olmasa fikir oyanışı edəm. Kimin anlamadığı nə varsa şərhdə yazsın... Məlumatlandırmağa çalışaram.
UĞURLAR...
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...