Loading...
Eurovision təmsilçimiz bəlli oldu

Eurovision təmsilçimiz bəlli oldu

Loading...
Eurovision təmsilçimiz bəlli oldu

Azərbaycanın “Eurovision-2013” Mahnı Müsabiqəsində təmsilçisinin seçilməsi üçün milli final konserti artıq  başa çatıb. Azərbaycanı  58-ci Eurovision Mahnı Müsabiqəsində Fərid Məmmədov təmsil edəcək.

Bu gün “ButaPalace”da keçirilən  milli final şousunda 10 ifaçı  Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynovavə Vlada Axundovada öz səs və səhnə imkanlarını numayiş etdiriblər. Onlar müsabiqədə  yerli və ya əcnəbi bəstəkarlara məxsus olan bir yeni mahnı ifa ediblər.  Mahnılar ilk dəfə final konsertində səsləndirilib.

Daha sonra Azərbaycanın təmsil olunduğu və əldə etdiyi yüksək nəticələri göstərən 5 illik təmsilçiliyindən bəhs edən video-çarx nümayiş olunub. Bundan başqa 2011-ci ildə müsabiqədə qalib olan Eldar Qasımov və 2012-ci ildə Bakıda keçirilən yarışmada ölkəmizi təmsil edən Səbinə Babayeva müsabiqədə ifa etdiyi “When the music dies” mahnısını səsləndirib.

Azərbaycanın Eurovision 2013 Mahnı Müsabiqəsindəki təmsilçisi Fərid Məmmədov peşəkar münsiflər heyəti və tamaşaçıların birgə rəyinə görə müəyyən edildi.

Çox həyəcanlı olan Fərid Məmmədov sonda “Could me” mahnısını yenidən ifa etdi.

Final Şounun aparıcıları isə Leyla Əliyeva və Tural Əsədov idi.


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_BianKa_

15 Mart 2013 11:17

QEWEY OXUYUR AMA INANMIRAMKI QALIB OLAQ

Eva_1

15 Mart 2013 10:49

yaxşı ifadı uğurlar
İnşallah digər təmsilç i"oğlanlar" kimi dəyişməz
oğlan gedib oğlan olaraqda qalar
--------------------

JoKeR

15 Mart 2013 10:42

Onsuzda qalib olmayacağıq o bir dəfə olur :) üçlüyə girə bilərik. Uğurlar dance1

★_EliSa_★

15 Mart 2013 01:15

nəhayət uzun aradan sonra oğlan iştirakçı gedəcək )) mən Seyran İsmailkhanovun getməsini istəyirdim ama alınmadı çox heyif... bu da yaxşıdı...

MisSayka

15 Mart 2013 01:14

Məncə pis oxumur, çıxışı yaxşıdı ən azı 5likdə ola biləcik :)
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

İlkay

15 Mart 2013 01:03

Inanmiram ki qaib olaq :) Amma yenede ugurlar..

Gitarist

15 Mart 2013 00:53

Bu əvvəllər Aybəniz Haşımovanın qrupunda oxuyub mən bilən, sonra ayrıldı.
Uğurlar.

Ulka

15 Mart 2013 00:41

Eyy men qiz olsun isteyirdim)
--------------------

Crisellux

15 Mart 2013 00:38

Kimi secirler secsinler onsuzda 1-ci olan deyil.3 ilde 2 defe qalib gelmek mumkun deyil

kenzo-1991

15 Mart 2013 00:11

inwallah birincilik taddirar melek

PeTTy

15 Mart 2013 00:09

İctimaide bayaq baxdım,texmin elemisdim,oğlan amma artistdi...

F_N

14 Mart 2013 23:55

Hmmm,bayaq gordum.Bir az dima bilana oxwuyur,sesi de.Ne deyek,good luck winked