Loading...

"Eurovision 2013" müsabiqəsinin qalibi müəyyənləşib!

Loading...

İsveçin Malmö şəhərində keçirilən "Eurovision 2013" mahnı müsabiqəsinin qalibi Danimarka təmsilçisi Emmili de Forest olub. Səsvermənin nəticəsinə əsasən, o, 281 xal toplayıb.


Azərbaycanı müsabiqədə təmsil edən Fərid Məmmədov 234 xalla 2-ci olub. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirib.


Qeyd edək ki, Azərbaycana yüksək xallar bu ölkələrdən gəlib: İsrail (12), Avstriya (12), Macarıstan (12), Bolqarıstan (12), Rusiya (12), Malta (12), Yunanıstan (12), Gürcüstan (12), Monteneqro (12), Rumıniya (10), Belarus (10) və Ukrayna (10).


Moldova, Fransa və Kiprdən Azərbaycana 8 bal verilib.


Azərbaycan isə 8 balı Maltaya, 10 balı Gürcüstana, 12 balı Ukraynaya verib.


Müsabiqədə 3-cü yeri 214 xal toplayan Ukrayna təmsilçisi Zlata Oqneviç tutub.


Final mərhələsində 58-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi adını qazanmaq uğrunda 26 ölkə təmsilçisi yarışıb.


Qalibi 39 ölkənin münsiflər heyəti və tamaşaçıları müəyyən edib.

 

İlk onluqda olan ölkələr:

 

1. Danimarka - 281 xal

2. Azərbaycan - 234 xal

3. Ukrayna - 214 xal

4. Norveç - 191 xal

5. Rusiya - 174 xal

6. Yunanıstan - 152 xal

7. İtaliya - 126 xal

8. Malta - 120 xal

9. Hollandiya - 114 xal

10. Macarıstan - 84 xal


Danimarka 1-ci yer "Emmelie De Forest - Only Teardrops"

 

 

Azərbaycan 2-ci yer "Fərid Məmmədov- Hold me"

 

 

Ukrayna 3-cü yer "Zlata Ognevich - Gravity"

 

 

"Eurovision 2013" müsabiqəsinin qalibi müəyyənləşib!

 

"Eurovision 2013" müsabiqəsinin qalibi müəyyənləşib!


"Eurovision 2013" müsabiqəsinin qalibi müəyyənləşib!


"Eurovision 2013" müsabiqəsinin qalibi müəyyənləşib!


"Eurovision 2013" müsabiqəsinin qalibi müəyyənləşib!


"Eurovision 2013" müsabiqəsinin qalibi müəyyənləşib!


"Eurovision 2013" müsabiqəsinin qalibi müəyyənləşib!


"Eurovision 2013" müsabiqəsinin qalibi müəyyənləşib!

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

naxcivanli gozel

19 May 2013 13:26

bize ancaq bu yarawar AZERBAYCAN xalqini tebrik edirem aze

Starbucks

19 May 2013 13:26

Menim en cox xoshuma gelenler
1.Azerbaijan
2.Russian
3.Malta

Danimarka cox da xoshuma gelmedi duzu mence ondan da yaxshilari var idi.
--------------------
Follow İnstagram: @anti_standart

_Bella_

19 May 2013 13:12

Təbriklər Fərid :) 2 ci yerdə olmaq özüdə bir uğurdu... Danimarkanında mahnısı pis deyildi..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

good look

19 May 2013 12:41

layiq olan qazanib ferid de super oxudu.heckimin haqqi yeyilmedi tebrikler aze

Mr_RoCCo

19 May 2013 12:32

Dediyim də oldu :) 2-ci yer əla nəticədi, amma 1-ci yerə layiq 1-2 ölkə var idi
--------------------
FaceBook
Instagram - ageelvevo

PeTTy

19 May 2013 12:15

Danimarka heqiqeten layiq idi,Ferid ise heqiqeten ela oxudu.

Alehandro

19 May 2013 12:03

Hamimizi tebrik edirem!!!

A_K

19 May 2013 11:59

Feridi tebrikler!
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

_LaDyLoVe_

19 May 2013 10:56

Ferdi cox gozel bir performans sergiledi.halal olsun Ferid!:)

❃FloRal❃

19 May 2013 10:55

Uğurlu neticedir
--------------------

***
❃❃❃

***

NICAT_716

19 May 2013 10:50

GELEN IL 3-CU OLARIQ laught

Kristina

19 May 2013 10:32

TEBRIKLER AZERBAYCANA BU COX YAXWI NETICEDIR AMA KAW BIRINCI OLARDIQ

DeCeL BaLa BaWa BeLa

19 May 2013 09:56

Layiq idi ve qazandi ) Lakin ferid dahada yaxwiydi menim fikrimce )

Radiohead

19 May 2013 09:30

Laiq olan qazanib. Qesey mahnidi :)
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz