
Eurovision 2013 təmsilçimizin rəsmi saytı yaradıldı
- 30 Mart, 2013
- 3 487 Baxış
Azərbaycanın "Eurovision 2013" təmsilçisi Fərid Məmmədovun rəsmi saytı yaradılıb.
Http://farid.eurovisiontalents.com/ ünvanlı saytda təmsilçimiz haqqında məlumatlar, fotolar və videoçarx yerləşdirilib.
Fəridin müsabəqədə təqdim edəcəyi "Hold Me" mahnısını Dimitris Kontopulos yazıb. O, Ani Lorak, Sakis Ruvas, Anastasiya Satoskoyun “Eurovision” mahnılarının müəllifidir.
Fərid Məmmədov müsabiqənin 16 mayda keçiriləcək ikinci yarımfinalda 4 nömrə altında çıxış edəcək.
58-ci "Eurovision" mahnı yarışması mayın 14-dən 18-dək İsveçin üçüncü böyük şəhəri olan Mölmedə keçiriləcək. Builki yarışmaya 39 ölkə qatılacaq. "Eurovision 2013"ün "The Butterfly" (Kəpənək) loqopiti , "We are one" (Bir birik) şüarı altında gerçəkləşəcək.
Fərid öz avropa promo-turuna start verib
Azərbaycanın Eurovision 2013 Mahnı Müsabiqəsində təmsilçisi, Fərid Məmmədovun, promo-tur çərçivəsində ilk səfər etdiyi şəhər İtaliyanın paytaxtı - qədim Roma şəhəri oldu. Fərid Romada təşkil olunmuş “Azərbaycan 2020 – Gənclərin baxışı” - xaricdə təhsil alan tələbə və məzunların Beynəlxalq Forumunun açılış mərasimində çıxış edib.
“Roma mənim üçün möcüzələr şəhəridir. Burada olmaq böyük arzum idi və Eurovision sayəsində bu arzum gerçəkləşdi. Amma rahatlaşmaq olmaz. Mən tam gücümü məşqlərə yönəldib hazırlıqlara davam etmək əzmindəyəm.”
Avrvopa üzrə promo-tur çərçivəsində Fəridin növbəti dayanacaqı Yunanıstanın paytaxtı – Afina olacağı planlaşdırılır. Aprelin 7-də Fərid “Noiz” klubunda təşkil olunacaq Eurovision gecəsində çıxış edəcək. Həmin gecədə Eurovision müsabiqəsi haqqında ən məhşur saytlardan biri olan OIKOTIMES saytının 12 illiyi qeyd ediləcək.
Romadan fərqli olaraq Afinanı gəzmək üçün Fəridin elə də çox vaxtı olmayacaq. Təmsilçimiz Star Channel, ANT1 TV, MAD TV, ERT, FTHIS.GR, oikotimes.com, star.gr, avmag.gr və Showtime Cyprus kimi mass-media nümayəndələri ilə müsahibələri planlaşdırılıb. Fəridin Afinada Eurovision 2013-də ifa edəcəyi “Hold Me” mahnısı ilə çıxışını aprelin 7-si Alpha kanalında görmək olacaq.
Fəridin müsabiqəyə qədər daha bir neçə Avropa ölkəsinə səfər edəcəyi planlaşdırılır.
Rəsmi sayt: http://farid.eurovisiontalents.com/
Youtube kanalı: http://www.youtube.com/faridmammadovesc
Facebook səhifəsi: https://www.facebook.com/faridmammadov.esc
Twitter: https://twitter.com/farid_esc