Loading...

Eurovision təmsilçimiz bəlli oldu
Eurovision
- 14 Mart, 2013
- 3 344 Baxış
Loading...

Azərbaycanın “Eurovision-2013” Mahnı Müsabiqəsində təmsilçisinin seçilməsi üçün milli final konserti artıq başa çatıb. Azərbaycanı 58-ci Eurovision Mahnı Müsabiqəsində Fərid Məmmədov təmsil edəcək.
Bu gün “ButaPalace”da keçirilən milli final şousunda 10 ifaçı Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynovavə Vlada Axundovada öz səs və səhnə imkanlarını numayiş etdiriblər. Onlar müsabiqədə yerli və ya əcnəbi bəstəkarlara məxsus olan bir yeni mahnı ifa ediblər. Mahnılar ilk dəfə final konsertində səsləndirilib.
Daha sonra Azərbaycanın təmsil olunduğu və əldə etdiyi yüksək nəticələri göstərən 5 illik təmsilçiliyindən bəhs edən video-çarx nümayiş olunub. Bundan başqa 2011-ci ildə müsabiqədə qalib olan Eldar Qasımov və 2012-ci ildə Bakıda keçirilən yarışmada ölkəmizi təmsil edən Səbinə Babayeva müsabiqədə ifa etdiyi “When the music dies” mahnısını səsləndirib.
Azərbaycanın Eurovision 2013 Mahnı Müsabiqəsindəki təmsilçisi Fərid Məmmədov peşəkar münsiflər heyəti və tamaşaçıların birgə rəyinə görə müəyyən edildi.
Çox həyəcanlı olan Fərid Məmmədov sonda “Could me” mahnısını yenidən ifa etdi.
Final Şounun aparıcıları isə Leyla Əliyeva və Tural Əsədov idi.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...