Loading...
Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Loading...
Belçika, Finlandiya və İslandiya təmsilçiləri:

Bakıda olmaq möhtəşəmdir
Azərbaycanda olmaq çox xoşdur. Bunu ölkəmizə gələn Eurovision Mahnı Müsabiqəsi 2012-nin hər bir təmsilçisi bildirir. Belçika, Finlandiya, İslandiya təmsilçiləri Azərbaycan barədə təəssüratlarını hava limanındaca eurovision.az saytına bölüşüblər.



"İzabo", İvi Adamou, Valentina Monetta "Bakı Kristal Zalı"ndadır

Bir qədər sonra ikinci günün məşqləri başlayır
Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən ölkələrin təmsilçilərinin məşqləri davam edir. Artıq İsrail, San Marino və Kiprin təmsilçiləri "Bakı Kristal Zalı"na gəlib. Bir qədər sonra İsrailin "İzabo" qrupu səhnəyə çıxacaq. Bu gün daha 9 ölkənin məşqləri və mətbuat konfransı başlayacaq.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Məqsəd qalib olmaq deyil, Azərbaycanı tanımaqdır

İvi Adamou pərəstişkarlarına səsləndi
Kiprin Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi İvi Adamou ilk məşqini etmək üçün "Bakı Kristal Zalı"na gəlib. Müğənni səhnədə "La la love you" mahnısının məşqindən əvvəl eurovision.az saytı ilə ilk təəssüratlarını bölüşüb. "Əlimizdən gələni edəcəyik. Əylənmək, digər ölkələrin insanlarını tanımaq istəyirik. Çox xoşbəxtəm. Müsabiqənin nəticələri barədə düşünmürəm. Məqsədimiz Azərbaycanda, Bakıda maraqlı vaxt keçirmək, gözəl təəssüratlar yaşamaqdır" - deyən İvi mahnısında olduğu kimi bütün pərəstişkarlarına "La la love you" söyləyib.

İvi Adamou "Bakı Kristal Zalı"nda (Video)


 

"İzabo" saatların əhatəsində

İsrailin təmsilçi qrupu ilk məşqini etdi
İsrailin Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi "Izabo" qrupu "Bakı Kristal Zalı" səhnəsində ilk məşqini edib. 6 nəfərlik heyəti olan "İzabo"nun performansı maraqlı səhnə quruluşu ilə diqqət çəkib. "Time" (Zaman) adlı mahnı ilə Eurovision səhnəsinə çıxan "İzabo" qrupu "saatların əsarəti"ndə qalıb. Qrup üzvlərinin səhnə mizanı da qeyri-adiliyi ilə diqqət çəkib. "İzabo"nu səhnədə müşaiyət edəcək 2 bek vokalçı zaldan tamaşaçıların arasından səhnəyə daxil olaraq qrup üzvlərinə qoşulub.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

"Buranovskiye babuşki" qrupu məşqlərə başlayır

Azərbaycanı salamlayan nənələr müsabiqədəki mahnılarını da ifa edib
Rusiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçiləri "Buranovskiye Babuşki" "Bakı Kristal Zalı"nda məşqə hazırlaşır. Hazırda təmsilçi qrup arenadadır.

 

Rumıniya Bakı səhnəsində "Məşəlini alovlandır"dı

Bu ölkənin təmsilçi qrupu "Bakı Kristal Zalı"nda flaşmob göstərəcək
Rumıniyanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi "Mandinga" qrupu "Bakı Kristal Zalı"nın səhnəsində alovlandırdı. Eurovision.az saytı xəbər verir ki, bu gün daha bir ölkənin də məşqi və mətbuat konfransı olub. Heydər Əliyev Beynəlxalq Hava Limanından birbaşa "Bakı Kristal Zalı"na gələn qrup üzvləri bu haldan məmnun olduqlarını deyiblər. Məşq zamanı qrup üzvlərinin səhnə şousu da məlum olub. Onlar səhnədə alov şousundan istifadə edərək məşəllərini alovlandırıblar. "Mandinga" üzvləri Bakı səhnəsində flaşmob göstərəcəklərini bildiriblər. "Biz "Mandinga" Bakıdayıq və sizi salamlayırıq. Bizə səs verin!".


Rumıniya Bakı səhnəsində "Məşəlini alovlandır"dı

Rumıniya Bakı səhnəsində "Məşəlini alovlandır"dı

 

Məşqdən fotolar

Eleftheria Eleftheriou (Yunanıstan), Anmari (Latviya), Qreta Salome və Jonsi (İslandiya), Rona Nişliu (Albaniya) "Bakı Kristal Zalı"nda məşq zamanı

Məşqdən fotolar

Məşqdən fotolar

Məşqdən fotolar

Məşqdən fotolar

Məşqdən fotolar

Məşqdən fotolar

Məşqdən fotolar

Məşqdən fotolar

Məşqdən fotolar

Məşqdən fotolar

Məşqdən fotolar

Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

Möhtəşəm arenadan görüntülər
Eurovision Mahnı Müsabiqəsi 2012-nin arenası "Bakı Kristal Zalı"n möhtəşəm səhnəsindən bəzi görüntüləri təqdim edirik.


Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

Eurovision 2012-nin məkanı - "Bakı Kristal Zalı"

 

Eurovision 2012-nin Mətbuat Mərkəzində fanatlar üçün səsvermə köşkü quraşdırılıb

Səsvermə sistemində yenilik edilib
Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsi 2012-nin Mətbuat Mərkəzində "Fan Desk"də interaktiv səsvermə sistemi quraşdırılıb. Fanatların müsabiqə zamanı səsverməsi ilk dəfədir ki, interaktiv ekran vasitəsi ilə təşkil olunur. "OGAE Azərbaycan"ın prezidenti Fariz Qasımlı eurovision.az saytına açıqlamasında bildirib ki, hər il ev sahibi olan ölkədə təşkil edilən səsvermədə müsabiqəni işıqlandıran jurnalistlər, fanatlar iştirak edə və favorit təmsilçisinə səs verə bilir. "Bütün jurnalistlər yeni sistemlə maraqlanır. Bu səsvermə sistemi çox həyəcanla qarşılanır. Sevinirəm ki, Azərbaycan bununla da yeniliyə imza atdı" - deyə Fariz Qasımlı bildirib.

Eurovision 2012-nin Mətbuat Mərkəzində fanatlar üçün səsvermə köşkü quraşdırılıb

Eurovision 2012-nin Mətbuat Mərkəzində fanatlar üçün səsvermə köşkü quraşdırılıb

 

"Özümüzü evdəki kimi hiss edirik"

"Rusiyalı nənələr"in mətbuat konfransında əsl izdiham yaşanıb
8 nəfərlik heyəti olan "Buranovskiye babuşki" qrupu Eurovision qaydalarına uyğun olaraq, "Bakı Kristal Zalı" səhnəsində 6 nəfərlə çıxış edəcək. Lakin qrupun digər iki üzvü Zoya Dorotova, Valentina Beqeşeva da Bakıdadır. Onlar öz həmkarlarını Eurovision səhnəsindən canlı izləyəcəklər. Rusiyanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçilərinin ilk mətbuat konfransında jurnalist və pərəstişkarların izdihamı yaşanıb. Onlar suallardan çox, "hədiyyə" yağışına tutulublar. "Bakıdakı hər dəqiqəmizdən zövq alırıq. Biz heç vaxt belə gözəl şəhərdə olmamışıq". Nənələrin Bakı haqqında ilk təəssüratları belədir. "Bütün gənclər oxuyur. Biz bəyəm oxumağı bacarmırıq?" – deyən "Rusiyalı nənələr" cavan rəqiblərinə də ismarıc göndəriblər.
"Biz Eurovision Mahnı Müsabiqəsini Buranovada keçirməyə hazırıq!" deyən Rusiyanın Eurovision 2012 təmsilçiləri "Buranovskiye babuşki" özlərini evdəki kimi hiss edirlər. "Biz öyrəndik ki, Volqa çayı Xəzərə axır. Kama çayı Volqaya qoşulur. Bizim kəndimizdəki Burla çayı da Kamaya tökülür. Ona görə də biz özümüzü elə evdəki kimi hiss edirik."

"Rusiyalı nənələr"in mətbuat konfransında əsl izdiham yaşanıb

"Rusiyalı nənələr"in mətbuat konfransında əsl izdiham yaşanıb

"Rusiyalı nənələr"in mətbuat konfransında əsl izdiham yaşanıb

"Rusiyalı nənələr"in mətbuat konfransında əsl izdiham yaşanıb

"Rusiyalı nənələr"in mətbuat konfransında əsl izdiham yaşanıb

"Rusiyalı nənələr"in mətbuat konfransında əsl izdiham yaşanıb

 

Rusiyalı nənələr Bakı səhnəsinə soba ilə çıxdılar

Fanatları Mətbuat Mərkəzində quraşdırılmış "Buranovskiye babuşki"lərin stendi qarşısında şəkil çəkdirir
Rusiyanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçiləri "Buranovskiye babuşki" "Bakı Kristal Zalı" səhnəsində ilk məşqlərini ediblər. Eurovision.az saytı xəbər verir ki, nənələr Bakıdakı şoularında səhnəyə soba çıxarıblar. Rusiyalı təmsilçilərin şousu maraqla qarşılanıb. Nənələrin çıxışı Mətbuat Mərkəzində də ayaqüstə izlənilib. Daha bir maraqlı məqam isə Mətbuat Mərkəzində nənələrin xüsusi stendinin qoyulması olub. Burada "Buranovskiye babuşki"lərin fanatları foto çəkdirə bilər. Nənələr hazırda mətbuatla görüşə hazırlaşırlar.

Rusiyalı nənələr Bakı səhnəsinə soba ilə çıxdılar

Rusiyalı nənələr Bakı səhnəsinə soba ilə çıxdılar

Rusiyalı nənələr Bakı səhnəsinə soba ilə çıxdılar

Rusiyalı nənələr Bakı səhnəsinə soba ilə çıxdılar

Rusiyalı nənələr Bakı səhnəsinə soba ilə çıxdılar


 

"EuroClub"da Azərbaycanın Eurovision qələbəsi qeyd olunub

Əyləncəli anların videosunu təqdim edirik
Mayın 14-də "EuroClub"da Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində qələbəsinin birinci ildönümü qeyd olunub. Qaliblərimiz Eldar və Nigar qonaqlarla birlikdə hədiyyə tortu kəsib. Əyləncə dolu gecədən bəzi görüntüləri sizinlə bölüşürük.

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

 

"Jedward" Bakıda konsert verəcək

İrlandiya təmsilçiləri barələrində hazırladığımız reportajların rəğbətlə qarşılandığını bildirib

 

İris Azərbaycanın milli geyimlərində

Belçika təmsilçisi İçərişəhərdə olub
Belçikanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi İris mayın 14-də İçərişəhərdə olub. O, Azərbaycanın milli geyimlərində foto çəkdirib. Bir qədər saz çalan müğənni xana da toxuyub.

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Kurt Kalleya Eldar və Nigarı təbrik edib

Bakıya gələn Malta təmsilçisi favoritlərini açıqladı

 

Serbiya təmsilçisi mayın 15-də ilk məşqə çıxır

Hava limanında müsahibə verən Zeljko Bakıda müsabiqə mahnısının Azərbaycan versiyasını oxuyacağını deyib


 

Serbiya təmsilçisi "Bakı Kristal Zalı"nda məşq zamanı


 

Kaliopi Azərbaycan dilini öyrənəcək


 

Zeljko Yoksimoviç: "Bakı Kristal Zalı"nda hər şey möhtəşəmdir

Serbiya təmsilçisi ilk dəqiqədən Bakıya vurulub
Serbiyanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Zeljko Yoksimoviç "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra mətbuat konfransı keçirib. Eurovision.az saytı xəbər verir ki, Serbiya təmsilçisi mətbuat qarşısında musiqi qrupu ilə birgə "Nije Ljubav Stvar" mahnısını ifa edib. "Bu yarışmada bir daha iştirak etmək mənim üçün xoşdur. Artıq 4-cü dəfədir bu yarışmadayam. Eurovision Mahnı Müsabiqəsində olmaq mənə çox böyük zövq verir."
Serbiya təmsilçisi ilk gündən Bakıda hər bir məqamın ona xoş gəldiyini bildirib. "Bakı Kristal Zalı"nda hər şey möhtəşəmdir. Ab-hava, insanları çox bəyəndim və burada olmaq mənə zövq verir. Hər şey çox gözəl olacaq. Mən buna əminəm."

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

BaLaCaMM

30 Avqust 2012 20:07

Israelin mahnisi pisiydi onsuzda kece bilmedi yenede tesekkurler o birsileri yaxsidi

natiq asiman

18 May 2012 13:07

Nənələr superdilər.

ToM RiDdle

17 May 2012 23:55

Offfff,Gelse idi bu Evravision....
--------------------
Tural Adrian ♥

DonnA

17 May 2012 18:42

nə uzun xəbərdi bilmədim hansına baxam..
uğur olsiun
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

cemile

17 May 2012 18:13

jedvard əladı səsim onlaradı

Angel

17 May 2012 15:51

Melumat gore twk.

U_Smile

17 May 2012 14:33

Jedvard cox qeseydiii Azerbaycana ses vermek mumkun olmadigi ucun onlaera ses verecem love

ToMa_84

17 May 2012 13:57

İsveçrə,Malta və "Popkorn" qardaşlar) favoritlərim sırasındadır,hər birinə də uğurlar,musiqlilər getdikcə daha çox adama xoş gəlir,artıq onlara örgəşirəm

MonO PolY

17 May 2012 13:39

neneskalara bax hele ))) tongue
--------------------
New Age music

Yüz daha versen yüz uman yüzler bilirim.. Yokuşlara kardeş olan düzler bilirim ..Dünya öküzün üstünde derler ama; dünyanın üstünde nice öküzler bilirim !...

- Necip Fazıl Kısakürek

AYSIN

17 May 2012 13:39

aze WELCOME TO AZERBAIJAN aze

_ClaRisS_

17 May 2012 13:31

Inwallah yaxwi kecer bu ilki eurowision buna wuphem bele yoxdur....Crystal halla soz ola bilmez sadece mohtesemdir...Azerbaycanin gozelliyine butun avropa sahid olacaq inwallah... aze

ms_dynamite

17 May 2012 12:46

Baku Crystal Hall mohtesemdir....Rusiyanin neneleri ise felaketdir onlar yer tutsa adimi deyisecem...qalib olmaga layiq olan olke ele Azerbaycandir....
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Esperanza

17 May 2012 12:36

Zal möhtəşəmdi

Songena

17 May 2012 12:30

Kurt Kalleya

ÇOX BÖYÜK SİMPATİYAM VAR KURTA QARŞI, FEVRALDA MİLLİ SEÇİM TURUNUN FİNAL KONSERTİNDƏ ÇIXIŞ ETDİYİ GÜNDƏN ÖZÜNÜ AZƏRBAYCAN PUBLİKASINA SEVDİRMƏYİ BACARMIŞDI. DÜNƏN İCTİMANİN QONAĞI İDİ, ÇOX ŞƏN VƏ POZTİVDİLƏR, MAHNILARI VƏ RƏQSLƏRİ DƏ YAXŞIDIR. ƏN ƏSASI İSƏ KURT DAYIM OĞLUNA ÇOX BƏNZƏYİR, HƏTTA YUMOR HİSSİ DƏ DEYƏRDİM Kİ, BƏNZƏRDİR, ONA GÖRƏ NƏDƏNSƏ MƏNƏ DOĞMA GƏLİR mocking SƏS VERƏCƏM KURTA:)

"Jedward"

CÖCÜŞLƏ MÖCÜŞ QARDAŞLARI:)) HƏLƏ KEÇƏN İLDƏN DİQQƏTİMİ ÇƏKMİŞDİLƏR, ÇOX ŞƏN, HİPERAKTİV, SİMPATİKDİRLƏR, OD PARÇASIDIRLAR, BİR DƏQİQƏ BİR YERDƏ DURMURLAR) FİKRİMCƏ YENİYETMƏ İZLƏYİCƏLƏRİN FAVORİTİDİRLƏR.

BURCU55

17 May 2012 12:18

her kese ugurlar. ogun tez galsaydi

JR

17 May 2012 12:15

ayalla Jedward-a bax ee xosum gelir deee onlardan feel

Popcorn kostyumlari da ki super mocking