Loading...
Eurovision 2012 xəbərləri

Eurovision 2012 xəbərləri

Loading...
Eleftheria Eleftheriou Bakıda

Yunanıstan təmsilçisi aeraportda ad günü çiçəkləri ilə qarşılandı

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

 

Jedward Bakıda fanatlarının əhatəsində


Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

 

"Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!"

İrlandiya təmsilçiləri hava limanından pərəstişkarlarına belə səslənib
İrlandiyanı bu il Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil edən "Jedward" yarışma öncəsi ilk rəsmi müsahibələrində şou həyəcanlarını paylaşıblar. Edvard Bakının "Alov qəsri"ndən heyrətləndiyini dilə gətirib. John və Edvard hava limanında onları qarşılayan pərəstişkarlarına əsl şou nümayiş etdirib. Onlar birlikdə şəkil çəkdirib, eləcə də mahnı oxuyublar. "Azərbaycanın "Jedward"a səs verməsini istəyirik. Siz kimə səs verəcəksiniz?! "Jedward"a. Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!". Xatırladaq ki, İrlandiya təmsilçiləri ilk məşqlərini etmək üçün mayın 14-də saat 15:10-da "Bakı Kristal Zalı" səhnəsinə çıxacaq. "Jedward" qardaşlarının hava limanındakı qarşılanma mərasimindən görüntülərini təqdim edirik.


 

İris Bakıda

Belçika təmsilçisi bu gün məşqə başlayır

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

 

"Eurovision 2012 keçirilən günlərdə milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək"

EMM 2012-nin Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycana gələn qonaqları salamlayır
Avropa mediası Azərbaycanın paytaxtı Bakıya toplaşır. Müsabiqəni işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında Eurovision Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın salamlaması yer alıb. Salamlamada deyilir:
Əziz dostlar,
Sizi, müxtəlif ölkələrin, xalqların və mədəniyyətlərin musiqi bayramı olan Eurovision Mahnı Müsabiqəsi 2012-nin iştirakçıları və qonaqlarını ürəkdən salamlayıram.
Eurovision Mahnı Müsabiqəsi musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır.
Bu dəfə bu mötəbər müsabiqə dünya musiqisevərlərinin diqqətini müsəlman Şərqində ilk opera və ilk baletin, YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş muğamın, ürəkləri riqqətə gətirən "Qarabağ şikəstəsi" kimi möcüzəli musiqinin beşiyi olan Azərbaycana yönəldir.
Xalqımız dünya mədəniyyəti incilərinin özündə Şərq və Qərb motivlərini, müasir ritm və qədim nəğmələri ahəngdar şəkildə birləşdirən milli musiqi əsərləri ilə daim zənginləşdirmiş, dünya musiqi mədəniyyətinin inkişafına öz töhfəsini vermişdir.
Ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olmuşdur. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış və yaşamağa davam edirlər. Eurovision Mahnı Müsabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tamaşaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək.
Əziz dostlar,
Eurovision Mahnı Müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan və xalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır.

 

 

"Bütün Avropa üçün Azərbaycanı, onun mədəniyyətini və xalqını tanımaq, qonaqpərvərliyinin şahidi olmaq imkanı yaranıb"

Eurovision Mahnı Müsabiqəsi 2012-nin rəhbəri Yan Ola Sandın Eurovision sevərlərə müraciətində belə deyilir
Salam, Avropa!
Azərbaycan dördüncü cəhdindən sonra keçən il Eurovision Mahnı Müsabiqəsinin qalibi oldu. Eldar və Nigar "Running Scared" mahnısı ilə Avropa izləyicilərinin və peşəkar münsiflər heyətinin ürəklərini fəth etdi.
Azərbaycan Eurovision Mahnı Müsabiqəsi arealının ən şərqində yerləşən ölkədir. Bütün Avropa üçün Azərbaycanı, onun mədəniyyətini və xalqını tanımaq, qonaqpərvərliyinin şahidi olmaq imkanı yaranıb. Bura ta qədimdən "Odlar Yurdu" kimi tanınır. Azərbaycanın "Odlar diyarı" olduğunu əks etdirmək və Eurovision ab-havasını yaşatmaq üçün builki müsabiqə "Light Your Fire!" şüarı altında keçiriləcək.
Harada keçirilməyindən asılı olmayaraq, nəhəng Eurovision Mahnı Müsabiqəsi layihəsinin cəmi bir il müddətində ərsəyə gəlməsi böyük səy tələb edir. Təşkilatçı–yayımçı İctimai Televiziya Avropa Yayımları Birliyi (EBU) və müxtəlif yerli, eləcə də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq nəticəsində üç heyrətamiz şoudan ibarət yaddaqalan bir müsabiqə hazırlayıb.
İctimai TV-nin İşçi Qrupuna, tərəfdaşlara və sponsorlara ötən bir il ərzindəki gərgin əməklərinə görə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda Sizə - Eurovision Mahnı Müsabiqəsinə ifaçı, nümayəndə heyəti, könüllü, jurnalist, fanatlar və ya televiziya tamaşaçısı kimi qatıldığınız üçün minnətdaram.
Sonda 42 ölkənin bütün təmsilçilərinə uğurlar arzulayıram. Bu səhnə səbirsizliklə sizin gözəl çıxışınızı gözləyir!

 

"Sinplus" qrupu Bakıdadır

İsveçrə təmsilçiləri mayın 13-də ilk məşqini edəcək
Bakıya gələn İsveçrə təmsilçisi "Sinplus" qrupu ilk təəssüratları bizimlə bölüşüb. Qrup üzvləri mayın 14-də Bakıda canlı konsert verəcək. Bu gün isə onlar ilk məşqlərini edəcək.

 

 

Fanatları "Jedward"ı hava limanında coşqu ilə qarşılayıb

Yunanıstan təmsilçisi isə ad gününün ilk hədiyyəsini Bakıda alıb
Eurovision Mahnı Müsabiqəsi 2012-nin təmsilçiləri artıq Bakıya gəlməkdədir. Bu gecə İsveçrə, İrlandiya, Finlandiya, Yunanıstan, Belarus təmsilçiləri Eurovision 2012-nin paytaxtına gəlib. Fanatları İrlandiya təmsilçiləri "Jedward"ı Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılayıb. Ad gününü qeyd edən Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou isə Bakıda ilk hədiyyəsini də alıb. Hava limanında müğənnini sürprizlə qarşılayan fanatları ona gül dəstəsi hədiyyə ediblər.

 

Eurovision 2012-nin Mətbuat Mərkəzi

Mətbuat Mərkəzi bir çox cəhətləri ilə diqqəti cəlb edir (Fotosessiya)
Eurovision Mahnı Müsabiqəsi 2012-nin Mətbuat Mərkəzi mayın 13-dən yerli və xarici jurnalistlərin istifadəsində olacaq. Mətbuat Mərkəzi dizaynı, jurnalistlər üçün yaradılmış şəraiti ilə seçiləcək. Jurnalistlərin ixtiyarında xüsusi yaradılmış "Radio otaqlar"ın, Eurovision 2012 təmsilçilərindən müsahibələr üçün ayrılmış otaqların dizaynı, mətbuat konfransı zalının tərtibatı və s. ilə fərqlənir. Diqqət çəkən məqamlardan biri isə təmsilçilərlə müsahibə və istirahət otaqlarının özünəməxsus adlandırılmasıdır. Mətbuat Mərkəzində jurnalistlər Azərbaycan və paytaxt Bakıya bir növ səyahət imkanı da əldə edəcəklər. Mətbuat Mərkəzindən fotosessiyanı sizə təqdim edirik.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Eurovisiondan son yenilikler.

Anri Joxadze Bakı səhnəsində baraban və fortepianoda ifa edəcək

Gürcüstanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Anri Joxadze (Anri Jokhadze) "Bakı Kristal Zalı"nın səhnəsinə barabanda çalacaq. Eurovision.az saytı xəbər verir ki, məhz bu məqsədlə Anri Bakıya böyük gürcü barabanı da gətirəcək. Gürcüstan təmsilçisi eyni zamanda fortopianoda da ifa edəcəyini açıqlayıb. Anrinin Bakıdakı şousu üzərində rejissor Laşa Oniani işləyir. Anrinin aksessuar və səhnə ayaqqabıları üzərində isə Patuna Buşixed tərəfindən hazırlanır.

 

Eurovision Mahnı Müsabiqəsi 2012-ni 1500-dən çox jurnalist işıqlandıracaq

Yan Ola Sand: "İştirakçı ölkələrin nümayəndə heyətləri isə 1000 nəfər olacaq"
Bakıdakı Eurovision Mahnı Müsabiqəsi 2012-ni işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı jurnalistlər Azərbaycana gəlir. Eurovision Mahnı Müsabiqəsinin rəhbəri (Executive Supervisor) Yan Ola Sand eurovision.az saytına müsahibəsində bildirib ki, Eurovision 2012-nin Mətbuat Mərkəzində müsabiqə müddətində yerli jurnalistlərlə yanaşı, 1500-dən çox jurnalist çalışacaq. "Biz Bakıdakı müsabiqənin 1500 jurnalistin işıqlandıracağını bilirik. Amma bu say fanatlarla bərabər təxminən 2000-ə yaxın olacaq. İştirakçı ölkələrin nümayəndə heyətləri isə 1000 nəfərdir". Y.O.Sandın sözlərinə görə, jurnalist, fanat və nümayəndə heyətlərinin sayı 3000 insanın Bakıya gələcəyindən xəbər verir.

 

"Mən Əzizə Mustafazadənin mahnılarını dinləyirəm"

"Bakı Kristal Zalı"nda olan Monteneqro təmsilçisi eurovision.az saytı üçün müsahibə verib
"Pərəstişkarımın olub-olmadığını bilmirəm. Amma bir pərəstişkarım belə varsa, onu salamlayıram". Bunu Monteneqronun Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Rambo Amadeus bildirib. Mayın 13-də "Bakı Kristal Zalı"nda ilk məşq edəcək Rambo Amadeus bir gün əvvəl arenada olub və eurovision.az saytına müsahibə verib. O, Azərbaycanın caz ifaçısı Əzizə Mustafazadəni çox bəyəndiyini bildirib. "Eurovision mahnılarındansa, Əzizə Mustafazadəni dinləyirəm" - deyə Monteneqro təmsilçisi qeyd edib.

 

 

"Müsabiqənin favoriti biz və Anqundur"

"Sinplus" Bakıda bir neçə məkanda səhnəyə çıxacaq
"Bakıda olduğumuz müddətdə həm də gözəl istirahət etmək, Azərbaycanı yaxşı tanımaq istəyirik." İsveçrənin Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi "Sinplus" qrupunun üzvləri belə deyiblər. Bakıya şəxsi stilistləri ilə gələn qardaşları "Bakı Kristal Zalı"nda 4 nəfər müşaiyət edəcək. Özlərini və Fransa təmsilçisi Anqunu (Anggun) müsabiqənin favoriti sayan İsveçrə təmsilçiləri eurovisioan.az saytına müsahibələrində Bakıda daha bir neçə səhnədə konsert verəcəklərini açıqlayıblar.

 

Ürəkdən "Beyin" Yarat!

"012 Bakı Public Art" Festivalından yeni layihə
"012 Bakı Public Art" Festivalı layihəsinin istedadlı rəssamları doğma şəhərə töhfələrini davam etdirirlər. Bu silsilədən növbəti əsər Qız Qalası qarşısındakı meydanda özünə yer elədi. Sərginin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti, əsərin müəllifi Leyla Əliyeva iştirak edib. Müəllifin "Beyin" adlı əsərində əslində ürək təsvir olunur. Bununla da hisslərin ağıl üzərindəki qələbəsinin bədii həllinə nail olan müəllif fikrini belə səciyyələndirir: "Bu, hisslərin ağıl üzərindəki qələbəsini əks etdirir. İntuisiya və ürəyin səsi çox zaman bizə həyatımızda kömək olur". Əsər milyonlarla musiqisevərlərin ürəklərinin bir döyündüyü Eurovision Mahnı Müsabiqəsi ərəfəsində Bakı sakinləri və qonaqlarına müəllifdən ən dəyərli töhfədir.

 

 

Eurovision 2012 təmsilçilərinin "Bakı Kristal Zalı" səhnəsindəki geyimlərini kimlər hazırlayır?

Şou təmsilçiləri məşhur modelyer və dizaynerlərə müraciət ediblər
Eurovision Mahnı Müsabiqəsi 2012 iştirakçılarının səhnə geyimlərinin dizaynerlərinin adı açıqlanıb. Eurovision.az saytı xəbər verir ki, Fransa təmsilçisi Anqun xəbər verildiyi kimi Bakı səhnəsinə məşhur Jan Pol Qotyenin hazırladığı geyimlə çıxacaq. İtaliyadan olan Nina Zillini Vivyen Uestvud, İsveç təmsilçisi Lorini Tommi Qranforsa, Rusiyadan olan "Buranosvkiye babuşki" qrupunu Tatyana Moskvina, Rumıniyanın təmsilçisi "Mandinga" qrupunun solo ifaçısı Yelena İoneskunun geyimini Mariya-Lusiya Xoxan hazırlayır. Makedoniya təmsilçisi Kaliopi Bakı səhnəsinə Roza Trayçevska Ristevskayanın hazırladığı geyimlə çıxacaq. Ukrayna təmsilçisi Qaytana üçün isə səhnə geyimini Yuliya Aysina tikir. Finlandiyadan Pernillanın geyimini Katri Niskanen dizayn edəcək. Latviya təmsilçisi Anmarinin geyimi İndra Saltsevitsa, İslandiyadan olan Qreta Salomenin geyimi Rebekka İnqimundarrdott tərəfindən hazırlanır. Portuqaliya təmsilçisi Filipa Sousanın geyimini ötən ilki kimi Nuno Baltazar tikəcək. Yunanıstan təmsilçisi Elefteriya gənc dizaynerlər Dimos Natar və Andreas Qeorqiunun tikdiyi geyimdə hamını valeh edəcəyini deyir. Kipr təmsilçisi İvi Adamounun cazibədarlığı "Dolce & Gabbana" moda evi ilə əməkdaşlıq edən Fani Xenofontosun geyimində vurğulanacaq.
Qeyd edək ki, Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Səbinə Babayevanın mayın 26-da "Bakı Kristal Zalı"nda nümayiş etdirəcəyi şou üçün xüsusi geyim hazırlanır. Yaxın günlərdə təmsilçimizin geyiminin detalları barədə məlumat veriləcək.

 

Eurovision 2012-nin keçiriləcəyi səhnə və "Green room"un görüntüsü

İlk dəfə olaraq "Green room" tamaşaçı zalında yerləşir
Eurovision Mahnı Müsabiqəsi dünyanın 50-dən çox ölkəsində 100 milyondan artıq izləyicisi olan möhtəşəm şoudur. Miqyasına görə Olimpiya Oyunları ilə müqayisə edilən Eurovision Mahnı Müsabiqəsi 40-dan çox ölkənin iştirak etdiyi və səhnə arxasında 1.000 nəfərdən artıq insanın çalışdığı bir yarışmadır. 6 həftə fasiləsiz gərgin iş rejimindən sonra artıq gözəl Bakı şəhərində - "Bakı Kristal Zalı"nda səhnə, işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. "Bakı Kristal Zalı"nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil 90 konteynerdə Almaniyadan Azərbaycana gətirilib. Səhnənin bəzi hazır elementləri 70 ədəd 40 tonluq yük maşınlarında 5.000 kilometr məsafə qət edərək Almaniyanın Hamburq şəhərindən Bakıya çatdırılıb. "Silk Way" hava yollarına məxsus 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi Bakıya gətirilib. "Bakı Kristal Zalı"nın səhnəsində 1.300 m-dən artıq sahəsi olan işıq-diod ekranlar "elektron pəncərə"lər formasında yerləşdirilib. Bəziləri təyyarə qanadı ölçücüsündə olan və Düsseldorfdakı sonuncu Eurovision şousundan daha böyük ərazini əhatə edən bu ekranlarda 42 ölkə təmsilçisinin səhnədəki çıxışına uyğun maraqlı görüntülər yayımlanacaq. Eurovision Mahnı Müsabiqəsi 2011-in, "MTV Video Music Awards" və "X-Faktor", Avropa və ABŞ-da keçirilən "Pop İdol" kimi şouların dizayneri, dünyaca məşhur Florian Wieder tərəfindən hazırlanmış bu ekranlar Eurovision Mahnı Müsabiqəsi 2012-nin ev sahibi Azərbaycanın "Bakı Kristal Zalı"nda görüntünün əsasını təşkil edir. Buradakı dizaynda arenanın səhnə və podiumları 3D formatında təqdim olunur, həm də Bakının heyrətamiz gecə mənzərəsi məşhur musiqi şousunun səhnəsində ekranlara gətirilir.
"Green Room”un pərdə arxasında deyil, tamaşaçıların əyləşdiyi zalda olması Bakı şousunu izləyicilər və ifaçılar üçün daha da yaddaqalan edəcək. Yeri gəlmişkən, Eurovision Mahnı Müsabiqəsində təmsilçilər və fanlar indiyədək bir-birinə hələ bu qədər yaxın olmayıblar.
Şounu hər bir detalınadək ekrana gətirmək üçün arenada xüsusi sistem vasitəsi ilə 25 HD kamera quraşdırılıb. Bu kameralar sisteminə auditoriyanın üzərində müxtəlif istiqamətlərdə hərəkət edən "Spidercam", iki çəkiliş kranı, 2 ədəd "Steadicam" və relslər üzərində quraşdırılmış 2 ədəd kamera daxildir. Şou çəkilişində bir çox yeniliklər var. Məsələn, "Steadicam"ların və rels üzərindəki çəkiliş avadanlıqlarının birində eyni zamanda iki kamera quraşdırılacaq. Bu isə şouda müxtəlif rakurslardan çəkiliş aparmağa imkan yaradacaq. Bunun sayəsində Eurovision Mahnı Müsabiqəsi 2012-dən daha dinamik görüntülər yayımlanacaq.
Eurovision 2012 şousu Belçikadan Bakıya gətirilmiş və peşəkar canlı yayım mütəxəssisləri tərəfindən idarə edilən, ən modern səyyar televiziya stansiyaları vasitəsi ilə bütün Avropaya ötürüləcək. Hər hansı gözlənilməz texniki problem baş verərsə, bütün məşqlər və əsas şoular zamanı daim çalışan ehtiyyat səyyar televiziya stansiyası yayıma qoşulacaq. Dünya auditoriyasını stereo, eləcə də 5.1 Dolby Surround keyfiyyətli səslə təmin edən 2 müstəqil səyyar audio sistem də eyni prinsiplə işləyəcək.
"Bakı Kristal Zalı" tamamilə yeni və həm də istifadəyə verildikdən sonra ilk dəfə Eurovision Mahnı Müsabiqəsinin keçiriləcəyi arena olduğuna görə burada çalışan komandanın üzərindəki məsuliyyət də digər şoulardan fərqlənir.
Beləliklə, bir neçə ay davam edən gərgin işin sayəsində 3 möhtəşəm şou Sizi gözləyir!

 

Eurovision Mahnı Müsabiqəsinin ilk qalibi Liz Assia Bakıya gəlir

 

Eurovision Mahnı Müsabiqəsinin ilk qalibi Liz Assia Bakıya gəlir

Onun Bakıya səfəri mayın 24-də başlayır
Eurovision Mahnı Müsabiqəsinin ilk qalibi Liz Assia Bakıdakı şouda iştirak etmək üçün Azərbaycana gəlir. Eurovision.az saytı xəbər verir ki, dünyanın məşhur müsabiqəsinin İsveçrədən olan ilk qalibinin ölkəmizə səfəri mayın 24-də başlayacaq. Liz Assia Oslo və Düsseldorfda keçirilən Eurovision şoularında da qonaq qismində çıxış etmişdi.
Xatırladaq ki, Liz Assia 1956-cı ildə keçirilən Eurovision Mahnı Müsabiqəsinin qalibi olub. Xanım Assia bu il də Eurovision yarışmasında təmsil olunmaq üçün Milli Seçimlərə qatılmışdı.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sebishko

20 May 2012 20:39

"Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!"
--------------------
<3<3<3<3<3

AzIk_TAzIk

17 May 2012 13:38

"Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!"

Mən də burda Azər

ms_dynamite

17 May 2012 13:07

Sitat: DonnA
əkiz xəstələr bakıya da gəldilər :)) zəhləm gedir də olardan


menimde....
Sitat: Esperanza
"Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!"

good
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

hostomaniya

15 May 2012 18:26

XOW GELISIZ BAJIN QURBAN...........

DonnA

15 May 2012 18:16

əkiz xəstələr bakıya da gəldilər :)) zəhləm gedir də olardan
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

ketrin zeta

15 May 2012 17:37

maraqli xeberlerdi twk

ToM RiDdle

15 May 2012 15:17

Bu ilki yunanistan mahnisini cox beyenirem.Oz mahnimizi ise hec Evravisiona uygun gormurem.Edward qardaslari cox semimidiler.Men sexsen onlara baxnada pozitiv enerji aliram)
--------------------
Tural Adrian ♥

JR

15 May 2012 13:40

Jedward'

Jedward'an ele xosum gelir ki,cox semimi,cilgin ve pozitiv insandilar.Menim kimi winked .Mahnilari da coooox xosuma gelir.2sine de vurulmusam sevgi

Angel

15 May 2012 13:22

Melumata gore twk.

Poker Face GaGa

15 May 2012 13:21

Jedward qardawlarindan hec xowum gelmire ..hele onlarin saclarina bir bax wassat
--------------------

U_Smile

15 May 2012 12:49

Jedvard qardaslarindan cooooxx xosum gelireeee beli love

BURCU55

15 May 2012 12:23

superrrrrrrrrrrrrrrr

Esperanza

15 May 2012 12:13

"Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!"
good