Loading...
Ermənistan «Eurovision»a görə cəzalandırıldı

Avropa Yayım Birliyi (AYB) Ermənistanı bu ayın sonunda Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina etdiyinə görə cəzalandırıb.
Bu barədə İTAR-TASS agentliyinə qurumun Cenevrədə yerləşən KİV-lə iş şöbəsinin rəhbəri Annika Niberq-Frankenxauzer bildirib.
Qərara görə, Ermənistan müsabiqədə iştirak üçün nəzərdə tutulan məbləği, həmçinin əlavə olaraq həmin məbləğin 50 faizini də cərimə kimi ödəməlidir. Bundan başqa, Ermənistan İctimai Televiziyası müsabiqənin finalını “əvvəldən axıra və fasiləsiz” yayımlamalıdır, əks halda ölkə 2013-cü ildə AYB tərəfindən keçiriləcək “Eurovision” yarışmasında iştirak hüququndan məhrum ediləcək.
AYB-nin nümayəndələri bildiriblər ki, cərimə barədə qərar reqlamentə uyğun olaraq qəbul olunub və bu zaman Ermənistanın gətirdiyi səbəblər nəzərə alınmayıb.
Ermənistan “Eurovision”da iştirakdan rəsmi şəkildə mart 7-də imtina edib. Bundan daha əvvəl bir qrup erməni estrada müğənnisi ölkənin İctimai Televiziyasına açıq məktub yazaraq, müsabiqəni boykot etməyə çağırıblar. Onlar bu addımlarını erməni əsgərinin Azərbaycanla sərhəddə azərbaycanlı snayperçi tərəfindən öldürülməsi ilə əsaslandırırdılar. Sonradan məlum oldu ki, onu öz əsgər yoldaşı güllələyibmiş.
Ermənilərin Bakıda keçirləcək “Eurovision”un müsabiqəsində iştirakdan imtinasından dərhal sonra Avropa Yayım Şurasının kordinatoru Yarman Siin Azərbaycanın ANS telekanalına müsahibəsində demişdi: “Şübhəsiz ki, Ermənistan AYB-yə rəsmi imtina barədə məktub göndərməsinə baxmayaraq, mayda keçiriləcək müsabiqədə iştirak üşün Avropa Yayım Şurasına üzvlük haqqını ödəməli olacaq”.
O bildirmişdi: “Bu, müsabiqənin iştirakçıları üçün qaydalardan irəli gəlir. Əgər ölkə “Eurovision”da iştirakı barədə bəyanat veribsə, sonra isə bundan imtina edibsə, o, şübhəsiz ki, iştirakçı kimi üzvlük haqqı ödəməlidir. Bundan əlavə, ölkə üç il müddətinə müsabiqədə iştirakdan məhrum oluna bilər. Bundan əlavə, Ermənistan müsabiqə qaydalarını pozduğu üçün pul cəriməsi ödəməli olacaq”.
Reqlament mövcuddur və müəyyən müddətdən sonra iştirakdan imtina edən ölkə öz qərarını dəyişə bilməz”, – o deyib və qeyd edib ki, Ermənistan son tarix keçəndən sonra öz iştirakından imtina barədə məlumat verib. Onun sözlərinə görə, bu qərar AYB Televiziya komitəsi və referent qrupu tərəfindən işin öyrənilməsindən sonra verilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov “APA”ya müsahibısində demişdi: “Eurovision” Mahnı Müsabiqəsində hər bir dövlət iştirakına özü qərar verir. Məsələn, Polşa da builki müsabiqədə iştirak etməyəcəyini bildirib və bunun Polşada keçiriləcək 2012-ci il Futbol üzrə Avropa Çempionatına hazırlıqla bağlı olduğunu açıqlayıb. Amma Ermənistan müsabiqədə iştirakını əvvəlcə təsdiqləsə də, sonradan Bakıya gəlməkdən imtina etdi və bunun səbəblərini bir-birinə zidd əsassız arqumentlərlə əlaqələndirdi, məsələni siyasiləşdirməyə başladı. Məncə, Ermənistan yaradılmış şəraiti obyektiv qiymətləndirib, bu böyük mədəniyyət layihələrində iştirak etsə, daha yaxşı olardı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu ölkənin müvafiq qurumları “Eurovision” şousuna hazırlıq işi ilə deyil, öz iştirakının olub-olmamasından bir şou yaratmağa çalışır… Müşahidə olunan bütün proseslər göstərir ki, onlar gəlməyəcəklərini öncədən bilə-bilə təşkilatçı AYB və ev sahibi ölkə ilə münasibətlərdə manipulyasiya ediblər. Çünki bütün digər ölkələrdən fərqli olaraq Ermənistanda müsabiqəyə heç bir hazırlıq işi aparılmırdı”.
AYB baş direktoru İnqtid Deltonre mətbuat konfransında bildirib ki, Ermənistanın bu addımı Birliyin qaydalarına uyğun gəlmir.
İ. Ömərov vurğulayıb: “Qaydalara əsasən, Ermənistana maliyyə sanksiyaları tətbiq olunmalıdır”.
İTV rəhbəri erməni ifaçılarının Bakıya gələ bilməyəcyindən təəssüfləndiyini deyib və əlavə edib ki, bu, müsabiqə təşkilatçılarının deyil, erməni siyasətçilərinin günahıdır.
Erməni ictimaiyyətində bir də heç vaxt “Eurovision” müsabiqələrində iştirak etməmək və Ermənistanın cərimələnməsi barədə AYB-nin qərarına etiraz etmək təklifi müzakirə olunur. Erməni xadimləri onu əsas gətirirlər ki, Azərbaycan da ötən il Ermənistanda keçirilən uşaq “Eurovision”unda iştirak etməyib və ümumiyyətlə, bəzi ölkələr “Eurovision” müsabiqələrində iştirak etmirlər, amma onlara cərimə kəsilmir.
Amma Azərbaycan da, İtaliya da müsabiqədə iştirak etməkdən imtina edərkən “Eurovision”un qaydalarını pozmayıb.
Annika Niberq-Frankenxauzer da bu barədə aydın danışıb. O izah edib ki, qərar qəbul edilərkən Ermənistanın Bakıya müğənni göndərməməsi üçün gətirdiyi səbəblər nəzərə alınmayıb. “Reqlament mövcuddur və müəyyən müddətdən sonra iştirakdan imtina edən ölkə öz qərarını dəyişə bilməz”, – o deyib və qeyd edib ki, Ermənistan son tarix keçəndən sonra öz iştirakından imtina barədə məlumat verib.Avropa Yayım Birliyi (AYB) Ermənistanı bu ayın sonunda Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina etdiyinə görə cəzalandırıb.
Bu barədə İTAR-TASS agentliyinə qurumun Cenevrədə yerləşən KİV-lə iş şöbəsinin rəhbəri Annika Niberq-Frankenxauzer bildirib.
Qərara görə, Ermənistan müsabiqədə iştirak üçün nəzərdə tutulan məbləği, həmçinin əlavə olaraq həmin məbləğin 50 faizini də cərimə kimi ödəməlidir. Bundan başqa, Ermənistan İctimai Televiziyası müsabiqənin finalını “əvvəldən axıra və fasiləsiz” yayımlamalıdır, əks halda ölkə 2013-cü ildə AYB tərəfindən keçiriləcək “Eurovision” yarışmasında iştirak hüququndan məhrum ediləcək.
AYB-nin nümayəndələri bildiriblər ki, cərimə barədə qərar reqlamentə uyğun olaraq qəbul olunub və bu zaman Ermənistanın gətirdiyi səbəblər nəzərə alınmayıb.
Ermənistan “Eurovision”da iştirakdan rəsmi şəkildə mart 7-də imtina edib. Bundan daha əvvəl bir qrup erməni estrada müğənnisi ölkənin İctimai Televiziyasına açıq məktub yazaraq, müsabiqəni boykot etməyə çağırıblar. Onlar bu addımlarını erməni əsgərinin Azərbaycanla sərhəddə azərbaycanlı snayperçi tərəfindən öldürülməsi ilə əsaslandırırdılar. Sonradan məlum oldu ki, onu öz əsgər yoldaşı güllələyibmiş.
Ermənilərin Bakıda keçirləcək “Eurovision”un müsabiqəsində iştirakdan imtinasından dərhal sonra Avropa Yayım Şurasının kordinatoru Yarman Siin Azərbaycanın ANS telekanalına müsahibəsində demişdi: “Şübhəsiz ki, Ermənistan AYB-yə rəsmi imtina barədə məktub göndərməsinə baxmayaraq, mayda keçiriləcək müsabiqədə iştirak üşün Avropa Yayım Şurasına üzvlük haqqını ödəməli olacaq”.
O bildirmişdi: “Bu, müsabiqənin iştirakçıları üçün qaydalardan irəli gəlir. Əgər ölkə “Eurovision”da iştirakı barədə bəyanat veribsə, sonra isə bundan imtina edibsə, o, şübhəsiz ki, iştirakçı kimi üzvlük haqqı ödəməlidir. Bundan əlavə, ölkə üç il müddətinə müsabiqədə iştirakdan məhrum oluna bilər. Bundan əlavə, Ermənistan müsabiqə qaydalarını pozduğu üçün pul cəriməsi ödəməli olacaq”.
Reqlament mövcuddur və müəyyən müddətdən sonra iştirakdan imtina edən ölkə öz qərarını dəyişə bilməz”, – o deyib və qeyd edib ki, Ermənistan son tarix keçəndən sonra öz iştirakından imtina barədə məlumat verib. Onun sözlərinə görə, bu qərar AYB Televiziya komitəsi və referent qrupu tərəfindən işin öyrənilməsindən sonra verilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov “APA”ya müsahibısində demişdi: “Eurovision” Mahnı Müsabiqəsində hər bir dövlət iştirakına özü qərar verir. Məsələn, Polşa da builki müsabiqədə iştirak etməyəcəyini bildirib və bunun Polşada keçiriləcək 2012-ci il Futbol üzrə Avropa Çempionatına hazırlıqla bağlı olduğunu açıqlayıb. Amma Ermənistan müsabiqədə iştirakını əvvəlcə təsdiqləsə də, sonradan Bakıya gəlməkdən imtina etdi və bunun səbəblərini bir-birinə zidd əsassız arqumentlərlə əlaqələndirdi, məsələni siyasiləşdirməyə başladı. Məncə, Ermənistan yaradılmış şəraiti obyektiv qiymətləndirib, bu böyük mədəniyyət layihələrində iştirak etsə, daha yaxşı olardı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu ölkənin müvafiq qurumları “Eurovision” şousuna hazırlıq işi ilə deyil, öz iştirakının olub-olmamasından bir şou yaratmağa çalışır… Müşahidə olunan bütün proseslər göstərir ki, onlar gəlməyəcəklərini öncədən bilə-bilə təşkilatçı AYB və ev sahibi ölkə ilə münasibətlərdə manipulyasiya ediblər. Çünki bütün digər ölkələrdən fərqli olaraq Ermənistanda müsabiqəyə heç bir hazırlıq işi aparılmırdı”.
AYB baş direktoru İnqtid Deltonre mətbuat konfransında bildirib ki, Ermənistanın bu addımı Birliyin qaydalarına uyğun gəlmir.
İ. Ömərov vurğulayıb: “Qaydalara əsasən, Ermənistana maliyyə sanksiyaları tətbiq olunmalıdır”.
İTV rəhbəri erməni ifaçılarının Bakıya gələ bilməyəcyindən təəssüfləndiyini deyib və əlavə edib ki, bu, müsabiqə təşkilatçılarının deyil, erməni siyasətçilərinin günahıdır.
Erməni ictimaiyyətində bir də heç vaxt “Eurovision” müsabiqələrində iştirak etməmək və Ermənistanın cərimələnməsi barədə AYB-nin qərarına etiraz etmək təklifi müzakirə olunur. Erməni xadimləri onu əsas gətirirlər ki, Azərbaycan da ötən il Ermənistanda keçirilən uşaq “Eurovision”unda iştirak etməyib və ümumiyyətlə, bəzi ölkələr “Eurovision” müsabiqələrində iştirak etmirlər, amma onlara cərimə kəsilmir.
Amma Azərbaycan da, İtaliya da müsabiqədə iştirak etməkdən imtina edərkən “Eurovision”un qaydalarını pozmayıb.
Annika Niberq-Frankenxauzer da bu barədə aydın danışıb. O izah edib ki, qərar qəbul edilərkən Ermənistanın Bakıya müğənni göndərməməsi üçün gətirdiyi səbəblər nəzərə alınmayıb. “Reqlament mövcuddur və müəyyən müddətdən sonra iştirakdan imtina edən ölkə öz qərarını dəyişə bilməz”, – o deyib və qeyd edib ki, Ermənistan son tarix keçəndən sonra öz iştirakından imtina barədə məlumat verib.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

BURCU55

11 May 2012 15:00

ne yaxsi ki galmayimlar biyabir olub qayidacaqdilar

ToM RiDdle

10 May 2012 21:41

Neabirsiz milletdi yee.Ele blirlerk ki,Avropa bunlara gore hereket edir.Otur dese oturacaq qalx dese qalxacaq.Can yaziqlar.... know2
--------------------
Tural Adrian ♥

_VoRKa_

10 May 2012 16:43

Yazig milletdidee bu Ermenistan negative :) Qorxu pis weydi :) mocking

Tewekkur :)
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...

DonnA

10 May 2012 16:19

:) Bildiləri ki gəlsələr də adam yerinə qoyulmayacaqlar.
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

HaYaliM

10 May 2012 16:14

əcəb olub elə.ümumiyyətlə bu ad bütün lügətlərdən silinsə əla olar.nifrət edirəm

JeSsie

10 May 2012 13:01

onlara bu da azdır.. AZƏRBAYCAN torpaqlarına ayaq basmağa hünərləri çatmadı..Uduzmaqdan qorxdular.. QORXAQLAR!
aze aze aze

Angel

10 May 2012 12:42

Melumata gora twk

Mr_RoCCo

10 May 2012 12:40

Qərara görə, Ermənistan müsabiqədə iştirak üçün nəzərdə tutulan məbləği, həmçinin əlavə olaraq həmin məbləğin 50 faizini də cərimə kimi ödəməlidir. Bundan başqa, Ermənistan İctimai Televiziyası müsabiqənin finalını “əvvəldən axıra və fasiləsiz” yayımlamalıdır, əks halda ölkə 2013-cü ildə AYB tərəfindən keçiriləcək “Eurovision” yarışmasında iştirak hüququndan məhrum ediləcək.
AYB-nin nümayəndələri bildiriblər ki, cərimə barədə qərar reqlamentə uyğun olaraq qəbul olunub və bu zaman Ermənistanın gətirdiyi səbəblər nəzərə alınmayıb.

Əla olub biggrin
--------------------
FaceBook
Instagram - ageelvevo

ms_dynamite

10 May 2012 12:23

Qərara görə, Ermənistan müsabiqədə iştirak üçün nəzərdə tutulan məbləği, həmçinin əlavə olaraq həmin məbləğin 50 faizini də cərimə kimi ödəməlidir. Bundan başqa, Ermənistan İctimai Televiziyası müsabiqənin finalını “əvvəldən axıra və fasiləsiz” yayımlamalıdır, əks halda ölkə 2013-cü ildə AYB tərəfindən keçiriləcək “Eurovision” yarışmasında iştirak hüququndan məhrum ediləcək.

bunu bilirdim mene maraqli olan odurki bedbextler aclarindan gunorta dururlar onu nece odeyecekler ermenistanda issizlik avaraciliq bas alib gedir yene qacacaqlar putinin ustune...
Bundan daha əvvəl bir qrup erməni estrada müğənnisi ölkənin İctimai Televiziyasına açıq məktub yazaraq, müsabiqəni boykot etməyə çağırıblar. Onlar bu addımlarını erməni əsgərinin Azərbaycanla sərhəddə azərbaycanlı snayperçi tərəfindən öldürülməsi ilə əsaslandırırdılar. Sonradan məlum oldu ki, onu öz əsgər yoldaşı güllələyibmiş.

yaziq millet gor ordulari ne gundedirki esgerler bir birini oldururler...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Tatli cadi

10 May 2012 12:16

Bu xeberi esidende cox sevindim yaxsi olub onlara qorxularindan gelmediler indide cezalarini ceksinler.