Loading...
Səbinə Babayeva:

Səbinə Babayeva: "Sübut edəcəm ki.." – MÜSAHİBƏ

Loading...

Səbinə Babayeva: "Sübut edəcəm ki.." – MÜSAHİBƏ

 

Fevralın 12-də Heydər Əliyev Sarayında “Eurovision-2012”də Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli final gecəsi başa çatdı. Münsiflərin seçiminə əsasən bu ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində ölkəmizi Səbinə Babayeva təmsil edəcək. Səbinə xanımla müsahibəni dərc edirik.

 

Səbinə, necə oldu ki, musiqini seçdiniz?

- Allah mənə doğuluşdan oxumağı sevən ürək verib. Elə uşaqlıqdan da oxumuşam. əvvəl uşaq xoruna gedirdim, sonra məktəbi bitirdim, musiqi məktəbinin vokal sinfinə daxil oldum. Bundan sonra mahnılar, müsabiqələr, festivallar başladı. Hər şey öz-özünə alındı…

 

Neçənci dəfədir ki, “Eurovision”da iştirak edirsiniz?

- Artıq dördüncü dəfədir.

 

Sizdə bu canatım, inadkarlıq hardandır? Xarakterdən gəlir?..

- Bəli. İstədiyimə nail olmağı sevirəm (gülür). Amma bu, çox səviyyəli, populyar, baxımlı  müsabiqədir. Şəxsən mənim üçün, bir müğənni kimi, bu maraqlıdır. Bir vətənpərvər kimi, əlbəttə istərdim ki, vətənimi layiqincə təmsil edim. Və müğənni olaraq anlayıram ki, bu müsabiqə – yaxşı sənət təcrübəsidir.

 

Bir ifaçı kimi sizin üçün “Eurovision”da çıxış etmək nə deməkdir? Axı Azərbaycanın bu müsabiqədə qələbəsindən sonra bu müsabiqədə ölkəmizi təmsil etmək böyük məsuliyyətdir.

- Əksinə, mən sübut etmək istəyirəm ki, Azərbaycan təsadüfən qələbə çalmayıb. Biz layiqli yerləri qazana bilərik.

 

Yəni ikinci dəfə birinci yeri qazanmaq çətin olmayacaq?

- (Gülümsəyir) Biz çalışacağıq.

 

Səbinə, çoxdan caz ifa edirsiniz?

- Mən əsl ənənəvi cazı ifa etmirəm. Bir neçə caz istiqamətində – soul, blüz, ballada, bossa-nova oxuyuram.

 

Başqa hansı janrlara üstünlük verirsiniz?

- Azərbaycan muqisilərini sevirəm – həm klassik, həm də xalq mahnılarını.

 

Muğama münasibətiniz necədir?

- Əla! Nə zamansa muğam ifa etməyi arzu edirəm. Muğamı çox sevirəm, bir müddət dərs almışam və mütləq onları davam etdirəcəyəm.

 

Mahnılarımıza muğam elementləri daxil etmək dəbə çevrilib, Sizə belə bir mahnı versələr…

- Əla olar. Mən yalnız sevinərəm.

 

Sizcə, bu il Azərbaycan mahnısı necə olmalıdır. Hüsniyyə deyirdi ki, o daha çox aqressiv olmalıdır, siz necə düşünürsünüz?

- Prinsipcə, razıyam. O, yaxşı mənada aqressiv və parlaq, çox dinamik olmalı, yalnız yüksək müsbət hisslər aşılamalıdır.

 

Bəs duet oxumalı olsanız?..

- Mən öz qüvvəmə əminəm, bunu tək də edə bilərəm, mənim yaşım da, təcrübəm də buna imkan verir. Amma bu cür qərar verilsə, mən münsiflərin obyektivliyinə şübhə etməyəcəyəm. çünki ildən-ilə biz daha yaxşı nəticələr  göstəririk – bura həm solo, həm də duetlər daxildir.

 

Amma bununla belə, duetlər daha yaxşı təsir bağışlayır, elə deyil?

- Bu, fərdi məsələdir. İnsanlar fərqlidirlər, talelər müxtəlifdir (gülür).

 

Ailəniz Sizin müğənni olmağınıza və bu müsabiqədə iştirakınıza necə baxır?

- Onlar məni dəstəkləyirlər. Buna görə sağ olsunlar.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

MisSayka

28 Fevral 2012 21:50

Sitat: SabishKa
Babayevalar hemishe ön siralarda olub.

hərii blum
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

SabishKa

28 Fevral 2012 21:22

love Səbinə BabayeVa love
adaşıma UĞURLAR! (Adımız, soyadımız eynidir :))) love

Babayevalar hemishe ön siralarda olub. Inaniram bu Babayevanin da adi ilk siralardan gelecek, InshAllah :) aciq

Mr_EkOnO

28 Fevral 2012 20:06

UQURLAR INSALLAH YER TUTAR

Esperanza

24 Fevral 2012 22:58

HUGO BOSS
Əlivizi üzün)

mencede

nur_ay_kam

14 Fevral 2012 22:55

ugurlar unwallah layiqli yerlerden tutar
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

LARACROFT

14 Fevral 2012 16:13

Bu il Eurovisionu yola vermək üçün yaxşı seçimdi.Uğurlar
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Bedheybet

14 Fevral 2012 15:05

Mən o Play mp3 oxduqda bildimki o olacaq ay bomb

BIZNES__MEN

14 Fevral 2012 11:48

LAP YAXWI UGUR OLSUN

Milashka_SL

14 Fevral 2012 01:31

Ugurlar
--------------------

MisSayka

14 Fevral 2012 00:57

Sitat: Nana
Ugurlar
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

arzumm

14 Fevral 2012 00:53

Allah qoysa bu defe de ugur bizim,le olar,Amin!Biz yalniz buna sevinerik,qalib gelerse tebii ki.....

Nana

14 Fevral 2012 00:12

Ugurlar

--------------------

Какая разница, что творится у меня внутри? Главное - выгляжу я отлично, а остальное не ваше дело..

_DecelkA_

13 Fevral 2012 23:41

musahbeni oxumamiwam hele.hele 1gunduki secilib artiq butun saytlarda bu qizdi.bu ilimizde gozumuzu bu mazol eder:))
Amma ugurlar bol wans ve oncelik azulayiram

m.Hesenzade

13 Fevral 2012 23:39

Onsuzda finalcilarin icinde en yaxsi sesi olan bir Orxan bir də Səbinə idi . Güclü səsi və səhnə təcrübəsi var inanıram ki layiqincə təmsil edecək
--------------------
Qara Kitabın Xoş Xatirələri...

nur555

13 Fevral 2012 23:30

bol sans

JR

13 Fevral 2012 23:25

coxlu coxlu ugurlar! mac

F_N

13 Fevral 2012 23:18

Ugurlaaar

gunel8877

13 Fevral 2012 22:34

ugurlar

Mr_RoCCo

13 Fevral 2012 22:33

Bir vətənpərvər kimi, əlbəttə istərdim ki, vətənimi layiqincə təmsil edim.

Elə biz də istərdik ölkəmizi layiqincə təmsil edəsən. İnşAllah belə də olar
--------------------
FaceBook
Instagram - ageelvevo

İrmak

13 Fevral 2012 22:20

Əlivizi üzün)
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Narmishka_

13 Fevral 2012 22:16

Beyenirem ve inaniram ki layiqince temsil eliyecey,fakturasi ve ses diapazonu buna imkan verir...ugurlar!!!

Tatli cadi

13 Fevral 2012 22:13

Isallah layiqince temsil edecek Azerbaycani gozel sesi var.

Poker Face GaGa

13 Fevral 2012 22:05

ugurlar gorecik men inanmiram hech
--------------------

DonnA

13 Fevral 2012 21:47

oxudum olduqca səmimidir.Uğur olsun
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

ToMa_84

13 Fevral 2012 20:51

Izledim dunen,guclu sesi var,inaniram ki Azerbaycani layiqli temsil edecek,ugurlar!