Loading...

Eurovision xəbərləri
Eurovision
- 14 Fevral, 2012
- 3 594 Baxış
Loading...

Türkiyənin Avroviziya mahnısı bəlli oldu
Türkiyənin Bakıda keçiriləcək “Avroviziya-2012” mahnı müsabiqəsində təmsilçisi Can Bonomo TRT kanalına 3 mahnı verib. Bu mahnılardan hansının bəyənildiyi isə hələlik gizli saxlanılır. Mahnının aranjmanı üzərində çalışan TRT daha sonra klip çəkəcək.
İspaniyanın Eurovision təmsilçisi:Pastora Soler

İspaniyanı Eurovision Mahnı Müsabiqəsi 2012-də Pastora Soler təmsil edəcək. Ölkənin müsabiqə üzrə milli yayımçısı olan “TVE” kanalı təmsilçini münsiflər heyəti və tamaşaçı səsverməsi nəticəsində seçib. Pastora Soler 1978-ci ildə İspaniyada anadan olub. İlk musiqi albomu 1994-cü ildə işıq üzü görən müğənninin bu vaxtadək 10 albomu olub.

Azərbaycan “Avroviziya-2012″nin keçirilməsinə 63 mln.dollar ayıracaq
Bu ilin mayında Bakıda “Avrovoziya-2012″ Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən 50 mln. manat (63,3 mln. ABŞ dolları) ayrılacaq. Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycanda “Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üzrə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü” təsdiqlənib.
Sərəncama əsasən, 2012-ci ildə bu məqsədlərlə dövlət büdcəsində 77 mln. manat nəzərdə tutulub. Bu vəsaitin 50 mln. manatı “Avrovoziya-2012″ Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə sərf ediləcək. Qalan 27 mln. manat isə digər tədbirlərin keçirilməsinə xərclənəcək. Sərəncama əsasən, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə 5,4 mln. manat, Diaspor üzrə Dövlət Komitəsinə 3,8 mln. manat, İqtisadi İnkişaf Nazirliyinə 2,9 mln. manat, Xarici İşlər Nazirliyinə 2,6 mln. manat, Milli Məclisə 828 min manat və s. ayrılacaq.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...