Loading...
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Eurovision-2011"də qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul ediblər [foto]

Loading...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini mayın 16-da qəbul etmişlər.

Dövlətimizin başçısı nümayəndələri təbrik edərək dedi:

- Mən sizi ürəkdən təbrik edirəm. Siz “Eurovision” mahnı müsabiqəsində ölkəmizi çox ləyaqətlə təmsil etmisiniz, böyük qələbə qazanmısınız. Bu qələbə ölkəmizin qələbəsidir, sizin qələbənizdir. Bu qələbə ilə siz bütün Azərbaycan xalqını sevindirmisiniz. Yəqin bilirsiniz ki, qələbədən sonra dərhal minlərlə insan küçələrə çıxıb sizin qələbənizi qeyd etdi. Azərbaycan bayrağı dalğalanırdı. Biz çox gözəl anlar yaşadıq. Siz doğrudan da ölkəmizi ləyaqətlə təmsil etdiniz.

Biz “Eurovision” müsabiqəsində dördüncü dəfədir ki, iştirak edirik. Bütün bu illərdə yaxşı nəticələr göstərmişik. Ancaq bu nəticə əlbəttə ki, ən gözəl nəticədir və zirvədir.

Onu da deyə bilərəm ki, “Eurovision”da iştirakımızın təşəbbüskarı Heydər Əliyev Fondu, Mehriban xanım olmuşdur. Biz bu yarışa onun təşəbbüsü ilə qoşulduq və bütün bu illərdə Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, İctimai Televiziya və digər qurumlar çox fəal işlədilər. Hər il biz qələbəyə daha da yaxınlaşırdıq.

Bu müsabiqə deyə bilərəm ki, dünyanın ən mötəbər mahnı müsabiqəsidir. Əlbəttə ki, bu, Avropa ölkələrini əhatə edir. Ancaq hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, ilk növbədə sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq tarixdə qalacaqdır. Siz də artıq tarixdə varsınız. “Eurovision” tarixində Azərbaycan öz sözünü demişdir. Bu, əlbəttə ki, hamımızı çox sevindirir.

Mən sizi bir daha təbrik edirəm! Sizə uğurlar arzulayıram! Əminəm ki, bundan sonra da siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Beləliklə, Azərbaycan bu sahədə də dünyada öz sözünü dedi. Biz idmanda qələbələrə öyrəşmişik. İdmançılarımız müxtəlif yarışlarda qələbələrlə bizi sevindirirlər. Bu sahədə isə birinci qələbədir.

Bir daha sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram!

Sonra Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Eldar Qasımov təşəkkür edərək dedi:

- Mən Sizi təbrik etmək istəyirəm. Çünki bu, bizim qələbəmizdir, bütün Azərbaycanın qələbəsidir.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Eurovision-2011” mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul ediblər [foto]

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR