Loading...

Bəstəkarlarımız da “Eurovision”dakı qələbə sevincini bölüşdülər
Eurovision
- 15 May, 2011
- 3 042 Baxış
Loading...
Tarxidə ilk dəfə olaraq, “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar və Nigar "Running Scared" mahnısı ilə qalib adını qazandılar. Azərbaycan bəstəkarları da bu möhtəşəm qələbə sevincini bölüşüblər.

Siyavuş Kərimi: “İlk növbədə onu deyim ki, bu çox böyük qələbədir. Azərbaycanın adının bir daha dünyaya tanınması, milyonların baxdığı bir proqramda adımızın birinci olması fəxredici bir məqamdır. Ümumiyyətlə Azərbaycanın imicinə müsbət təsir edən bir qələbədir. Düzünü desəm, Azərbaycanın bu yarışda qələbə qazanacağına inanmırdım. İstədim ki, bundan sonrakı müsabiqələrdə ifa etdiyimiz musiqilərdə Azərbyacanın ünvanı bilinsin. Çünki, müsiqimiz dünya incəsənətində ön yerlərə layiq olmalıdır. Qələbə gözəldir, Azərbaycan musiqisinin sevilməyi isə ondan da gözəldir. Amma yarışöncəsi kiminsə birinci, kiminsə sonuncu olması ilə bağlı əvvəlcədən proqnoz verməkdə çətinlik çəkmişdim. Yarışma çox gözəl təşkil olunmuşdu. Amma istərdim ki, belə mötəbər müsabiqələrdə Azərbaycan musiqisi daha çox səslənsin”.

Eldar Mansurov: “Biz bu yarışda qələbə qazanmağa layiq idik. Hamı bu çütlüyü favorit sayırdı. Düşünürəm ki, Azərbaycanın birinci yerə çıxması elə qanuna uyğun idi. Açığını desəm mən, Sloveniyadan olan xanım ifaçını özümə favorit seçmişdim. Ümumiyyətdə yarışda bir neçə yaxşı ifaçılar vardı. Ən yüksək səviyyədə keçirilən yarışma idi. Hər şey çox yaxşı idi. Heç bir qüsur tapmadım. Yarış çox ləzzət elədi. Təbrik edirəm”.

Tahir Əkbər: “Bir neçə ay bundan öncə Eldar bizə gəlmişdi. Məndən məsləhət istəyirdi. Mən onun səsinə qular asdım və dedim: “Eldar, sənin böyük gələcəyin var”. ELə oldu ki, o bu yarışmaya qatıldı. Onda da mən onu dəstəklədim, yarışmada Azərbaycanın adını yüksəldəcəyinə inanırdım. Eldar mənə çox doğma gəncdir. Dünən yarışmaya baxarkən, bütün azərbaycanlılar kimi çox kövrəldim, sevindim və qürur hissi keçirdim. Bundan sonra bütün yer kürrəsi Azərbaycanı gözəl tanıyacaq, həmişə yad edəcək. Allah qoysa, Eldarla görüşəndə onu xüsusi təbrik edəcəyəm. Yarışmada mənim favoritim Eldar idi. Nigar da çox gözəl çıxış etdi. Mən onlara inanırdım. Səhnədə çox gözəl perfomans etdilər. Yağış yağan məqam mənim çox xoşuma gəldi. Dünən yarışdan qabaq Eldar qohumu aktrisa Rəna xanımla danışıb və ona yalnız birincilik haqqında düşündüyünü deyib. Yarış başlamamışdan əvvəl, mən Rəna xanımla telefonla danışanda, dedi ki, “Eldar 2012-ci ildə “Eurovision” yarışmasını Bakıya gətirəcəyinə inanır”. Yarışmada erməni bayrağı ilə bağlı kiçik qüsur olsa da, bədxahlar müsabiqədə məğlub oldu. Azərbaycan xalqını təbrik edirəm”.

Aygün Səmədzadə: “Eurovision-2011” yarışmasında bəzi çıxışları kənəar qoysaq, qalan ifalar parlaq deyildi. Əlbəttə, bu hamımızın uğurudur. Təbii ki, mən də bütün vətənpərvər insanlar kimi bu uğura sevinirəm. Amma istərdim ki, çıxışlarda musiqiyə daha doğma yanaşılsın. Hamı pafosla milli musiqi deyir. Amma milli musiqinin eşidiləcəyi səhnələr çoxdur. Əslində musiqinin dili yoxdur, o yaxşı ifa olunarsa, bütün dünya anlayır. Mən müsabiqəyə baxanda, elə düşünürəm ki, oradakı mahnılar yalnız bir millətə aiddir. Heç bir ölkənin milli ənənləri ifalarda görünmürdü. Elə bil hamı standart mahnı oxuyurdu. Heç bir mahnıda orijinallıq yox idi. Sənhədə hamı eyni görünürdü. Ən çox xoşuma gələn ifa Estoniyadan gəldi. Amma, təbii ki, Azərbaycanın uğurunu böyük qiymətləndirirəm və sevinirəm”

Qeyd edək ki, dünən “Eurovision-2011” mahnı müsabiqəsində keçirilən səsvermənin nəticələrinə görə, Azərbaycan 221 xalla birinci əldə edib. Biz də, öz növbəmizdə xalqımızı bu qələbə münasibətilə təbrik edirik.
Bu linkə daxil olun, LİKE edin. 2012 Eurovisionu bir yerdə qeyd edəyin!

OXŞAR XƏBƏRLƏR
Загрузка...