Loading...

Bugün "Eurovision 2011"in açılışıdır
Eurovision
- 07 May, 2011
- 4 498 Baxış
Loading...

Mərasimi ev sahibi şəhərin meri Dirk Elbers açacaq. Daha sonra yarışda iştirak edəcək 43 ölkənin nümayəndələri qırmızı xalı üzərinə çıxacaq.
Müsabiqənin ilk yarımfinalı mayın 10-da, ikincisi 12-də keçiriləcək. Final isə mayın 14-ü baş tutacaq. Bəzi hesablamalara görə, müsabiqənin təşkilinə 25 milyon avro xərclənib.
Yarımfinal öncəsi səsvermə yarımfinallarla əlaqədar, final öncəsi isə finalın nəticələri ilə bağlı keçirilir. Avropa mediasının və fanatların rəyinə görə, Azərbaycan artıq final mərhələsinə vəsiqə qazanıb. Hətta ölkəmiz mayın 10-da keçiriləcək I yarımfinalda 19 təmsilçi arasında səsverməyə görə birincidir. Avropa mediasının fikrincə, I yarımfinalda iştirak edəcək 19 ölkədən Azərbaycanla yanaşı, Rusiya, Norveç, Türkiyə, Yunanıstan, Macarıstan, Polşa, Ermənistan, Serbiya, İslandiya finala keçəcək.
Mayın 12-də keçiriləcək II yarımfinalın səsverməsinə görə isə, İrlandiya, İsveç, Bosniya və Hersoqovina, Danimarka, Estoniya, Avstriya, Rumıniya, Ukrayna, İsrail, Latviya finalda çıxış etmək hüququ qazanacaq.
Qeyd edək ki, hər yarımfinalda 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. Hər yarımfinaldan isə 10 ölkə mayın 14-də baş tutacaq final mərhələsində iştirak etmək şansı qazanacaq. “Eurovision-2011” müsabiqəsində ümumilikdə 43 ölkə iştirak edir və bu ölkələrdən beşi birbaşa finalda çıxış edir.
Yarışın birinci və ikinci yarımfinalında çıxış edəcək ölkələrin ardıcıllığını təqdim edirik.
İlk yarımfinal [10 may]
1. Polşa
2. Norveç
3. Albaniya
4. Ermənistan
5. Türkiyə
6. Serbiya
7. Rusiya
8. İsveçrə
9. Gürcüstan
10. Finlandiya
11. Malta
12. San-Marino
13. Xorvatiya
14. İslandiya
15. Macarıstan
16. Portuqaliya
17. Litva
18. Azərbaycan
19. Yunanıstan.
İkinci yarımfinal: [12 may]
1. Bosniya və Herseqovina
2. Avstriya
3. Niderland
4. Belçika
5. Slovakiya
6. Ukrayna
7. Moldova
8. İsveç
9. Kipr
10. Bolqarıstan
11. Makedoniya
12. İsrail
13. Sloveniya
14. Rumıniya
15. Estoniya
16. Belarus
17. Latviya
18. Danimarka
19. İrlandiya.
UĞURLAR AZƏRBAYCAN!
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...