Loading...

"Eurovision 2011" milli seçim turunda gözlənilməz qərar

Loading...
(mümkünsə biraz tez) "Eurovision 2011" milli seçim turunda gözlənilməz qərar

Yanvar ayının 24-dən 28-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində keçirilən “Eurovision 2011” mahnı müsabiqəsinin milli seçim turları başa çatıb. 5 gün ərzində 5 finalçının canlı solo konsertləri tamaşaçılara və münsiflər heyətinə ifaçıların səs və səhnə hazırlığını, eləcə də danışıq, ünsiyyət, xoreoqrafiya bacarığı ilə daha yaxından tanış olmaq imkanı yaradıb.


Yanvarın 28-də İTV-nin efirində baş tutan konsert zamanı milli seçim turunun gedişatında gözlənilməz qərar qəbul edildiyi məlum olub. Finalda 5 namizəddən 3-nün mübarizə aparacağı deyilsə də, canlı efirdə qərarda dəyişiklik olduğu bildirilib. Belə ki, fevral ayının ilk günlərində “Buta Palace”da keçiriləcək final konsertində 5 namizəd – İlhamə Qasımova, Eldar Qasımov, Nigar Camal, İlqarə İbrahimova və Aynişan Quliyeva mübarizə aparacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədovun verdiyi məlumata görə, bu solo konsert proqramları hər bir ifaçının səs və səhnə performansları, həmçinin danışıq, ünsiyyət, xoreoqrafiya bacarıqlarını daha yaxından izləməyə imkan verdi. İndi final konsertinə hazırlıqlar gedir. Tahir Məmmədov final konsertinin tarixinin yaxın günlərdə açıqlanacağını bildirib. Münsiflər heyəti final günü 5 ifaçı arasından Azərbaycanın “Eurovision-2011”-dəki təmsilçisini müəyyən edəcək.

İlkin məlumatlara görə isə, 5 finalçıdan 3-nün adı yanvar ayının 31-də İTV-nin efirində yayımlanan "Carçı" proqramında məlum olmalı idi.

Məlumat üçün bildirək ki, bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision 2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçını münsiflər heyəti müəyyənləşdirəcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Swagy Angel

5 Avqust 2013 14:09

Eldar&Nigar

Sebishko

18 Mart 2012 19:16

Eldar Qasımov və Nigar Camal... ay
--------------------
<3<3<3<3<3

Elif_87

1 Fevral 2011 11:14

Səslərinə görə ən yaxşısı İlhamədir amma biraz görünüşcə alınmır...
O birilərinin elə də yaxşı səsləri yoxdur...

Nə deyək kim gedəcəksə layiqincə təmsil edər İnşAllah...

BEZDUWNAYA

1 Fevral 2011 10:07

Nigar Camal getsin

Dandoline

31 Yanvar 2011 13:59

Deməli münsiflər finalda İlhaməni, Eldarı və Nigarı görmək istəyir, Aybənizlə Aygün isə deyir ki, heç elə şey yoxdu..Ona görə də, o biriləri bunların badına verməməkçün məcbur qalıb 5-ini də çıxardıblar finala..Deyirəm görəsən bu Aynişanla İlqarə utanır heç ?!

Dior Cherie

30 Yanvar 2011 20:57

Sitat: Mr_RoCCo
Eldar getsə yaxşıdı...

mende bele fikirlewirem:)) winked

_s_

30 Yanvar 2011 17:16

twk

MoNuElLa

30 Yanvar 2011 17:01

Sitat: BaKiNeCH
İlhamə getsə yaxçı olar, onun getməsini istərdim)

Sitat: LiVe_MuSiC
İlhamə daha savadlıdı

Fikrinizle tam raziyam
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

ChocoLatte

30 Yanvar 2011 16:50

Məlumat üçün bildirək ki, bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision 2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçını münsiflər heyəti müəyyənləşdirəcək
Coox sevindim.Umid ediremki layiqli olan gedecek...

arzu.ps

30 Yanvar 2011 16:44

Ehhh ne deyim Allah komeyimiz olsun.Her şeyin yaxşi olmasi ümidiyle.UGURLAR
--------------------
Her shey sensiz de Choooxxx gozeldi))))))))))

Miss_Yerazka

30 Yanvar 2011 15:33

Getmeyini Istediyim Finalcilardan Biri Ilheme Biride Eldardi....

Emil

30 Yanvar 2011 15:21

İlhamə getsə yaxçı olar, onun getməsini istərdim)
--------------------

To get away clean, you have play dirty.

Mamedovich

30 Yanvar 2011 14:21

İlhamə daha savadlıdı

Mr_RoCCo

30 Yanvar 2011 14:13

Eldar getsə yaxşıdı...
--------------------
FaceBook
Instagram - ageelvevo

ASLAN_CABARLI

30 Yanvar 2011 13:48

tesekkurler

MY_CRAZY_FRIENDS_

30 Yanvar 2011 13:25

mence aynisan getsin