Fon yüklənir...
Загрузка...

“Eurovision”da qanunsuzluğa yol verən ölkələrə ciddi xəbərdarlıq

Загрузка...
“Eurovision”da qanunsuzluğa yol verən ölkələrə ciddi xəbərdarlıq

 

Avropa Yayım İttifaqı (AYİ) “Eurovision-2013” mahnı yarışması zamanı tamaşaçı səsverməsinə təsir göstərmək cəhdləri ilə bağlı araşdırmanı yekunlaşdırıb.

Məlumata görə, araşdırmanın nəticələri belə cəhdlərin olduğunu, lakin yerlərdə olan sərt təhlükəsizlik qaydaları səbəbindən baş tutmadığını ortaya çıxarıb.

“Həmin səslər müsabiqə qaydalarına əsasən sonradan etibarsız sayılıb. Həmçinin hər hansı televiziya şirkətinin bu cür fəaliyyətlə məşğul olmasına və yaxud bundan məlumatlı olmasına dəlalət edən dəlil-sübut aşkarlanmayıb”, - deyə AYİ-nin məlumatında bildirilir.

Eyni zamanda qeyd olunub ki, “Eurovision” müsabiqəsi çərçivəsində səsvermə prosesinə olan etibarın gücləndirilməsi üçün səsvermə zamanı şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlərin sərtləşdirilməsinə dair qərar qəbul edilib. Əgər müsabiqədən əvvəl, müsabiqə zamanı və sonra yarışma iştirakçısının xeyrinə hansısa pozuntu aşkarlansa, avtomatik olaraq həmin ölkənin yayımçı-telekanalının müsabiqədən 3 il müddətinə uzaqlaşdırılması proseduruna başlanılacaq.

Yarışmanın icraçı supervayzeri Con Ola Sand müsabiqənin rəsmi saytına müsahibəsində deyib ki, AYİ-nin araşdırması zamanı Azərbaycanda “Eurovision” müsabiqəsini yayımlayan “İctimai” telekanalın tamaşaçı səsverməsinə təsir etmək cəhdlərinə dəlalət edən sübutlar aşkarlanmayıb. Lakin bundan sonra AYİ iştirakçı ölkələrin yayımçı telekanallarının məsuliyyətinə daha sərt yanaşma sərgiləməlidir və qayda pozuntusu aşkarlandığı halda müsabiqədən dərhal kənarlaşdırmalıdır.

Xatırladaq ki, “Eurovision-2013”-dən sonra Avropanın bəzi mətbu orqanlarında tamaşaçı səsverməsinə Azərbaycandan olan iştirakçının xeyrinə təsir etmək cəhdləri barədə məlumatlar yer alıb.

“Eurovision-2014” bu il mayın 6,8 və 10-da Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək.
Загрузка...

ŞƏRHLƏR

❃FloRal❃

8 Fevral 2014 17:45

Night Wolf, mende de bir defe ele olmuşdu. Özüde finalı menim ad günüme düşmüşdü.:)
--------------------

***
❃❃❃

***

Qismet directioner

8 Fevral 2014 12:00

Sitat: Night Wolf
Eurovision-2014-nin ilk yarış günü mənim ad günümə düşür

lap yaxsi daa Murad.ele bil ki, senin ad gunun serefine musabiqe teskil olunub.

Miss_Unhappy

7 Fevral 2014 15:16

Məlumata görə təşəkkürlər...

Night Wolf

7 Fevral 2014 14:46

Eurovision-2014-nin ilk yarış günü mənim ad günümə düşür
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Jenny J

7 Fevral 2014 14:18

Bi dene bu Avroviziya olub quratrsaydı canımız qurtarardı :))
--------------------
Wow man, this is weird on acid..



loading...
Загрузка...