Fon yüklənir...
Загрузка...

“Eurovision - 2014” xəbərləri

Загрузка...

“Eurovision - 2014” xəbərləri

59-cu “Eurovision” mahnı müsabiqəsinin ev sahibliyini edəcək Danimarkanın paytaxtı Kopenhagendə püşkatma mərasimi keçirilib.

Mərasimdən öncə Kopenhagenin müsabiqənin ev sahibi şəhəri kimi təqdimatı keçirilib. Daha sonra mərasimin aparıcıları bu ilin müsabiqənin püşkatmasının qaydalarını izah ediblər. Onlar bildiriblər ki, Danimarkanın qonşuları İsveç və Norveç əvvəlcədən müəyyən olunduğu kimi müvafiq olaraq 1-ci və 2-ci yarımfinallarda mübarizə aparacaqlar. Bu addım hər iki ölkədən gələcək azarkeşlərin sayın çox olması və digər ölkələrdən olan azarkeşlər üçün biletlərin saxlamasının vacibliyi ilə əlaqələndirilib. Eyni zamanda bildirilib ki, qonşu ölkələrin bir-birinə səs verməsinin qarşısını almaq üçün ölkələr 6 səbətə bölünüb. Azərbaycanın adı Belarus, Gürcüstan, Rusiya və Ukrayna ilə birlikdə 3-cü səbətə salınıb.

Daha sonra püşkatma keçirilib və nəticədə Azərbaycan təmsilçisinin 1-ci yarımfinalın birinci hissəsində İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Ermənistan və Estoniya kimi ölkələrin nümayəndələri ilə mübarizə aparacağı məlum olub.

Birinci yarımfinalın ikinci hissəsində isə Belçika, Macarıstan, Moldova, Monteneqro, San Marino, Portuqaliya, Niderland və Ukrayna mübarizə aparacaq.

Birbaşa finala vəsiqə alan Fransa, İspaniya və ev sahibi Danimarka bu yarımfinalda səs vermək hüququna malik olacaqlar.

Qeyd edək ki, ötən il İsveçin Malmö şəhərində keçirilən “Eurovision” mahnı müsabiqəsində Danimarkanın təmsilçisi Emili de Forest “Only Teardrops” mahnısı ilə qalib qəlib. Bununla da Danimarka 2014-cü ilin müsahibənin ev sahiblik etməyə layiq görülüb.

Bu ilin “Eurovision” müsabiqəsinin 1-ci yarımfinalı mayın 6-sı, 2-ci yarımfinal mayın 8-i, böyük final isə mayın 10-u Kopenhagenin “B&W Hallerne” arenasında keçiriləcək.

Azərbaycanı bu il təmsil edəcək nümayəndənin kimliyi martın əvvəlində bəlli olacaq.

Ölkəmiz bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə “Ell and Nikki” duetin “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.
Загрузка...

ŞƏRHLƏR

DonnA

28 Yanvar 2014 18:24

her ile daha evvele salirlar indide may 6si. gelen ilde aprele duser yeqin =) ugurlar
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

A_K

27 Yanvar 2014 00:36

Twk son xeberlere gőre Nahid
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Jenny J

26 Yanvar 2014 17:23

Ayda qurtarmadi dayi heves yoxdu baxmaga otur gece 4 e kimi bax ne var bi dene leçer udacaq
--------------------
Wow man, this is weird on acid..



Night Wolf

26 Yanvar 2014 15:20

day bu Eurovision olub qurtarsaydıı canımız qurtarardı
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Dark PrincesSa

26 Yanvar 2014 12:58

Sebrim catmadi oxumaqa kim gedr bizden ?
loading...
Загрузка...