Transvestitin iştirakına görə “Eurovision”u boykot edəcəklər
Загрузка...
Belarus “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin ölkədə yayımlanmasının qadağan edilməsinə nail olmaq məqsədilə, onlayn-petisiya əsasında imzaların toplanması işinə başlayıb.
Sözügedən sənədin müəllifi müsabiqədə Avstriyadan olan transvestit-ifaçı Konçita Vurstun iştirakından hiddətlənib.
“Eurovision-2014” mahnı müsabiqəsinin Avstriyanı təmsil edən iştirakçısı transvestit Konçita Vurstdur, o, Belarus cəmiyyəti üçün yolverilməz olan həyat tərzini təbliğ edir” – petisiyanın müəllifi Artyom Kiraşev deyib.
O qeyd edib ki, uşaqların da izləyəcəyi bu müsabiqə Avropa liberallarının sodomiya çağırışları ilə zəngin olacaq.
“Belarus Avropanın elə azsaylı ölkələrindəndir ki, qadın və kişi arasında normal münasibətlərə və qarşılıqlı sevgiyə dayanan sanballı ailə dəyərlərini və adekvat münasibətləri qoruyub saxlamağa nail olub” – A.Kiraşev müraciətində bəyan edir.
“Əgər siz də bizim kimi düşünürsünüzsə və uşaqlarınızın mənəvi və əxlaqi tərbiyəsi sizi maraqlandırırsa, təşəbbüsümüzü dəstəkləyin və bizə qoşulun” – o, çağırış edib.
Hal-hazırda petisiyaya 800 nəfər imza atıb.
Qeyd edək ki, “Eurovision-2014” mahnı müsabiqəsi may ayında Kopenhagendə baş tutacaq.

loading...